Yazdırma Seçimləri:

Fransiz kurabiyəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

Lazım olan ərzaqlar
 1,50 stəkan un
 140 q kərə yağı
 ½ stəkan şəkər tozu
 1 stəkan quru üzüm
 1 maye oz toz fındıq
 1 ədəd yumurta
 1 yemək qaşığı darçın
 1 paket vanil
 şəkər pudrası
Hazırlanma qaydası
1

Əvvəlcə otaq temperaturunda kərə yağını və şəkər tozunu möhkəm qarışdırın.
Yumurtanı da əzdiyiniz kərə yağının üzərinə əlavə edib qarışdırmağa davam edin.
Kərə yağına qarışdıracağınız unu ələyin.
Ələnmiş unu kərə yağı qarışığına əlavə edib yoğurun.
Sonra darçın və vanili də qarışığa əlavə edib yoğurun.
Ən son toz fındıq və quru üzümü də əlavə edərək ələ yapışmayan bir xəmir əldə edin.
Kurabiyədən qoz büyüklüyündə parçalar ayırıb əlinizdə yuvarlayın.
Yağlı kağız sərdiyiniz soba sinisinə kurabiyələri düzün.
Əvvəlcədən 170 dərəcə qızdırılmış sobada kurabiyələri bişirin.
Kurabiyələr bir az soyuduqdan sonra üzərlərinə pudra şəkəri əlavə edin.
Soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!