Yazdırma Seçimləri:

Fransız üsulu tost

Verimlilik6 PorsiyonHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

Fransız Üsulu Tost

Lazım olan ərzaqlar
 6 ədəd tost çörəyi dilimi
 100 q dilimlənmiş sucuq,
 6 ədəd dilimlənmiş Holland pendiri
 2 yemək qaşığı kərə yağı
 1 yemək qaşığı zeytun yağı
 2 ədəd yumurta
 1 stəkan süd
 duz
 1 çimdik pul bibər
 1 çimdik istiot
Hazırlanma qaydası
1

Klassik tostdan fərqli olaraq, çox doyurucu olan və börək kimi olan bu Fransız üsulu tost, çox ləzzətli olur.
Tost hazırlanarkən süd olmadığı təqdirdə, 3 qaşıq qatığı su ilə açıb (ayran hazırlayıb), süd qatılığına gətirib, yumurta və ədviyyat vurub istifadə etmək mümkündür.
Tost çörəklərinin kənarlarını kəsin.
Süd, yumurta, istiot, bibər və duzu bir qabda yaxşıca qadışdırın.
Sucuq və holland pendirini dilimləyin.
Tost çörəyinin üzərinə bu sucuq və holland pendiri dilimlərini düzün.
Digər tost çörəyini bunların üzərinə qoyun və ortadan kəsin.
Kəsdiyiniz tost çörəyini hazırladığınız yumurtalı qarışığa bulaşın.
Geniş bir tavada kərə yağını isidin.
Yağ əridikdən sonra yumurtalı tost çörəyi dilimlərini tavaya qoyun.
Tava nə qədər geniş olarsa, bir dəfədə bir o qədər çox tost bişirmək mümkün olar.
Tavadakı tost çörəyi dilimlərini arxalı - önlü olaraq qızardın.
Qızarıb bişən Fransız üsulu tostu isti olaraq servis edin.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0