Yazdırma Seçimləri:

Qarpız Frozen

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

İsti yay günlərinə və iliq axşamlara çox yaraşacaq, sevdiklərinizlə edəcəyiniz xoş söhbətlərinizi belə fərahladacaq gözəl bir tərifimiz var bu gün.
Az ərzaqla qarpız frozen hazırlamağa çox az əmək sərf edilir.
Buzluqda qarpız varsa işiniz çox daha rahat olacaqdır. Bir az bal, bir az limon suyu əlavə etsəniz qarpızın dadından doymaq olmaz.

Qarpız Frozen Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan dondurulmuş, dilimlənmiş, çəyirdəksiz qarpız
 ½ ədəd limonun suyu
 1 çay qayığı bal
Qarpız Frozen Bəzəmək Üçün Lazım Olan Ərzaqlar
 2 yemək qaşığı şəkər tozu
 1 ədəd limon qabığı
🍉 Qarpız Frozen Üçün Lazım Olan Ərzaqların Yığılması Qaydası
1

✅ Qarpız frozen üçün istifadə edəcəyiniz qarpızı doğramazdan əvvəl təmiz yuyun.
✅ Qarpızın suyunu mətbəx dəsmalı ilə qurudun.
✅ Qarpız frozen üçün istifadə edəcəyiniz limonları yuyub bir mətbəx dəsmalının üzərinə yığın ki, suyu qurusun.
✅ İstifadə edəcəyiniz şəkər tozunu kasaya yığın.
✅ Soyuducuda qarpız frozenə tökmək üçün buz dondurun.

Hazırlanma Qaydası
2

✅ Qarpız frozen hazırlamaq üçün qarpızı dilimləyin.
✅ Dilimlədiyiniz qarpızın çəyirdəyini çıxaedın və soyuducuda dondurun.
✅ İstifadə edəcəyiniz limonun qabığını rəndələyin.
✅ İkiyə böldüyünüz limonların suyunu sıxın.

Qarpız Frozenin Hazırlanma Qaydası
3

✅ Dondurduğunuz qarpız dilimini blendere alınş
✅ Qarpız diliminin üzərinə bal və limon suyu əlavə edərək yaxşıca əzin.
✅ Qarpız dilimini əzərkən içərisinə buz da əlavə edin.

Servis Edilmə Qaydası
4

✅ Qarpız frozeni servis etmək üçün əvvəlcə şəkər tozunu və rəndələdiyiniz limon qabığını həvəngdəstədə əzin.
✅ Əzdiyiniz limonu düz bir tabağa alın.
✅ Servis stəkanının ağız hissəsini azca limon suyu ilə yağlayın və tabaqdakı limona bulayın.
✅ Bundan sonra Qarpız frozeni stəkana süzərək soyuq halda servis edə bilərsiniz.

Nuş Olsun!