Yazdırma Seçimləri:

Gavalı Piroqu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Gavalı mövsümündə əistifadə ediləcək ən yaxşı ləzzətlərdən biridə gavalı piroqudur. Yağlı xəmir içində turşa-şirin dad və üzərində qəhvəyi şəkərin şiriniliyi ilə möhtəşəm görüntüdə bir ləzzət.

Gavalı Piroqu Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan un
 12 ədəd gavalı
 2 ədəd yumurta
 150 q kərə yağ
 1 paket vanil
 0,50 stəkan şəkər tozu
Gavalı Piroqunun Üzəri Üçün
 qəhvəyi şəkər tozu
Gavalı Piroqunun Xəmirinin Hazırlanması
1

✔️ Kərə yağı otaq temperaturuna gətirilir.
✔️ Kərə yağ və şəkər tozu bir mikserdə çırpılır.
✔️ Bunlar yaxşıca qarışdırılıb çırpıldıqdan sonra yumurtalar əlavə edilir.
✔️ Yumurtaların otaq temperaturunda olmasına diqqət edin.
✔️ Yumurta da yaxşıca qarışdırılır.
✔️ Hazırlanan qarışığa un, vanil əlavə edilir və yenidən qarışdırılır.
✔️ Xəmir alınana qədər un əlavə edilir.
✔️ Yağlı bir xəmir alınacaq.
✔️ Xəmir 5-10 dəqiqə dincəldilir.

Gavalının Hazırlanması
2

✔️ Gavalılar yaxşıca yuyulur və qurudulur .
✔️ Gavalılar ortadan uzunlamasına kəsilir.
✔️ Çəyirdəyi çıxardılır.

Gavalı Piroqunun Hazırlanması
3

✔️ Xəmir yaxşıca yoğrulur.
✔️ Xəmir hazır olduqdan sonra bişirmə qəlibinin içərisi piroqun yapışmaması üçün yağlanır.
✔️ Piroq xəmiri yağlı qəlibə alınır.
✔️ Gavalılar qəlibə qoyulur və düzəldilmiş xəmirin üzərinə səliqə ilə düzülür.
✔️ Bu zaman bütün gavalıların iç hissəsi üzü yuxarı istiqamətdə olmalıdır.
✔️ Qəhvəyi şəkər tozu piroqun üzərinə səpilir.

Gavalı Piroqunun Bişirilməsi
4

✔️ Soba əvvəlcədən 180 dərəcə isidilir.
✔️ Qəlib sobaya verilir.
✔️ Arada içinin bişməsini yoxlamaq üçün içərisinə kürdan batıraraq yoxlamaq olar.
✔️ Bişdikdən sonra biraz soyuması gözlənilir.

Gavalı Piroqunun Servis Edilməsi
5

✔️Soyuduqdan sonra dilimlənib servis edilir.
✔️İstənilən öyündə çayla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!