Yazdırma Seçimləri:

Göbələk dolması (video)-toyuqlu, holland pendirli

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt55 dəq

Göbələk dolması üçün lazım olan ərzaqlar:
 500 q Amerlander Tilister pendiri
 1 kq göbələk
 400 q toyuq qiymə
 200 mq duru yağ
 cəfəri
 duz
 istot
Hazırlanma qaydası
1

Göbələkləri təmizləyin.
Özək hissəsini çıxardın.
Göbələkləri təmiz yuyun.
Göbələklərin içərisində qum dənəcikləri qalmaması üçün bir qazanda su doldurub gıbələkləri həmin suda saxlayın.
Bir az qaldıqdan sonra göbələklərin suyunu süzün.
Artıq göbələklərimiz hazırdır.
Cəfərini doğrayın.
Pendiri rəndədən keçirdin.
Qiymənin içərisinə duz, istiot , cəfərini əlavə edərək yaxçıca qarışdırın.
Təmizlədiyiniz göbələklərin içərisini hazırladığınız qiymə ilə doldurun.
Sonra qiymənin üzərindən isə holland pendirini əlavə edin.
Hazır göbələkləri istiyə davamlı bir qaba yığaraq sobada bişirin.
İsti-isti servis edin.

Nuş olsun!