Yazdırma Seçimləri:

Göbələkli toyuq dolması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı50 dəqÜmumi Vaxt1 saat 30 dəq

göbələkli toyuq dolması

Lazım olan ərzaqlar
 4 ədəd dilimlənmiş toyuq əti (çox incəldilmiş)
 1 ədəd qırmızı bibər
 ½ paket göbələk
 2 ədəd yaşıl bibər
 1 ədəd kiçik soğan
 2 diş sarımsaq
  duz
 istiot
Hazırlanma qaydası
1

göbələkli toyuq dolması

Soğanı, sarımsağı , bibəri və göbələkləri incə-incə doğrayın.
Geniş bir tavada doğranmış soğan və sarımsaqları zeytun yağında 2 dəqiqə qovurun.
Ardından doğranmış bibərləri əlavə edin. 1 dəqiqə daha qovurun.
Sonra doğranmış göbələkləri əlavə edib 3-4 dəqiqə qovurun.
Son olaraq duz və ədviyyatını əlavə edin.
Qarışdıraraq ocaqdan alın.
Sonra toyuq dilimlərini dəzgaha sərin.
Toyuq dilimlərinin kənarına göbələkli xərcdən qoyub rulon şəklində bükün.
Sarıdığınız hissələr alta keçəcək şəkildə yağlanmış soba listinə düzün.
Hazırladığınız gobələkli toyuq dolmasaının üzərinə zeytun yağı gəzdirin.
Əvvəlcədən 180 dərəcə qızdırlmış sobada 35-40 dəqiqə bişirin.
Bişən göbələkli toyuq dolmasını sobadan çıxardıb dilimləyn və isti halda servis edin.

Nuş olsun!