Yazdırma Seçimləri:

Göbələkli Paştet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt50 dəq

Sağlmlıq üçün faydalı bir yemək növüdür-paştet. Bu yemək ət istifadə edilmədən hazırlanır.
Ət yeməklərini sevməyənlər üçün hazırladığımız bu resept çox faydalı və cox da rahat bir tərifdir. Bu yeməyi hazırlamağınızı və yaxınlarınızla birlikdə nuş etməyinizi arzu edirik. Çox asand hazırlanlr. Uzun zaman mətbəxdə dəzgah arxasında qalmağınıza da ehtiyac duyulmur.

dadlı və göbələkli zərif paştet

Göbələkli Paştet Üçün Lazım Olan Ərzaqlar
 100 ağ lobya
 300 q şampinyon göbələk
 1 ədəd baş soğan
 1 ədəd kök
 duz
 istiot
Göbələkli Paştet Üçün Lazım Olan Ərzaqların Yığılması Qaydası
1

✅ Göbələkli paştet üçün istifadə edəcəyiniz ağ lobyanı yuyub təmizləyin.
✅ Göbələkli paştet üçün istifadə edəcəyiniz soğanı soyun.
✅ İstifadə edəcəyiniz duru yağı bir stəkana süzün.
✅ Paştet üçün istifadə edəcəyiniz kökü yuyub təmizləyin və suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ Paştet üçün istifadə edəcəyiniz göbələkləri təmizləyərək yuyun və içərisində olan qumlarının təmizlənməsi üçün bir az suda saxlayın.
✅ İstifadə edəcəyiniz duzu kıçık kasaya yığın.
✅ Paştet üçün lazım olacaq qədər istiotu bir kiçik kasya yığın.

Göbələkli Paştet Üçün Lazım Olan Ərzaqların Hazırlanma Qaydası
2

dadlı və göbələkli zərif paştet

✅ Lobyanı axşamdan suda isladın.
✅ Lobyanı islatdığınız suya 1 çimdik soda əlavə edin.
✅ Səhər lobyanı yaxşı yuyun .
✅ Soğanı soyun.
✅ Soğanı soyub xırda-xırda doğrayın.
✅ Təmizlədiyiniz kökü sürtkəcdən keçirdin.
✅ Yuyub suyunu süzdüyünüz göbələkləri də doğrayın.

Göbələkli Paştet Üçün Lazım Olan Ərzaqların Bişirilmə Qaydası
3

✅ Lobya hazır olana qədər bişirib soyudun.
✅ Doğradığınız soğanı yağda qızardın.
✅ Kökü zeytun yağında 2 dəqiqəyə yaxın qızardın.
✅ Göbələkləri də doğrayıb soğanı qovurduğunuz tavaya əlavə edin.
✅ Göbələklərin suyu çəkilənə qədər qızardıb duz, istiot da əlavə edərək qarışdırıb ocaqdan alın və soyuması üçün bir kənara qoyun.

Göbələkli Paştetin Hazırlanma Qaydası
4

✅ Lobyanı tərəvəzlərlə birlikdə blenderdə yaxşıca əzin.
✅ Yumşaq, zərif bir kütlə alınacaqdır.
✅ Paştet özünü tutması üçün soyuducuya qoyun.
✅ Paştet soyuducuda nə qədər çox qalsa o qədər yaxşıdır.

Göbələkli Paştetin Servis Edilmə Qaydası
5

✅ Soyuq halda süfrəyə verin. İstədiyiniz yeməklərlə birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!