Yazdırma Seçimləri:

Göyərti küküsü

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt20 dəq

göyərti küküsü

Lazım olanlar
 6 ədəd yumurta,
 60 q göy soğan
 50 q keşniş
 50 q şüyüd
 60 q yağ
 2 diş 2 sarımsaq
  duz
Sos üçün
 1 stəkan xama yaxud qatıq
Göyərti küküsü hazırlama qaydası
1

Göyərtilər əvvəlcə suda yaxşıca yuyulur, sonra doğranılaraq qaba tökülür.
İçərisinə təmizlənmiş göy soğan da əlavə edilir.
Zövqdən asılı olaraq nanə də səpə bilərsiniz.
Yağı tavaya tökdükdən sonra isinməsini gözləyin, göyərtini içərisinə tökün.
Göyərtinin tam qovrulduğunu gördükdən sonra içərisinə çiy, qarışdırılmış yumurta əlavə edilir.
Yeməyin bişdiyini gördükdən sonra onu dörd hissəyə ayırın və çevirib digər tərəfinin qızarmasını gözləyin.
Bişdikdən sonra süfrəyə qatıq, xama və sarımsaq əlavə edilmiş qatıqla verilə bilər.