gül kələmLazım olan ərzaqlar:

  • 1 ədəd gül kələmi,
  • 150 q qiymə,
  • 1 dənə soğan,
  • 1 dənə kök,
  • 3 ədəd yaşıl bibər,
  • 1 yemək qaşığı pomidor tomatı,
  • 1 yemək qaşığı kərə yağı,
  • Isti su,

Hazırlanma qaydası:

  • Gül kələminin yarpaqlarını təmizləyin.
  • Kök qismini kəsin.
  • Təmizlədiyiniz gül kələmlərini istifadə edənə qədər limonlu suda saxlayın.
  • Gül kələminin iyini azaltmaq üçün limonlu sudan alıb süzün.
  • 1 dəqiqə qaynar suda bişirin.
  • Kərə yağını əridin.
  • Soğanları əlavə edib qovurun.
  • Kökləri də əlavə edərək qovurmağa davam edin.
  • Yaşıl bibəri və qiyməni də əlavə edin.
  • Qiymə topalanmasın deyə əzərək qovurun.
  • Qiyməni qovurduqdan sonra pomidor və bibər tomatlarını da əlavə edib qarışdırın.
  • Bişmiş gül kələmlərini də qazana töküb yaxşı-yaxşı qarışdırın.
  • Gül kələmlərinin üzərini örtəcək qədər isti su tökün.
  • Duz, istiot, pul bibər,qırmızı bibər səpin.
  • 20 dəqiqə orta atəşdə bişirin.
  • Gül kələmi xörəyi hazırdır .
  • Servis edə bilərsiniz.