Yazdırma Seçimləri:

Gül kələmli toyuq küftəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat

Lazım olan ərzaqlar
 1 ədəd gül kələmi
 500 q toyuq döşü
 cəfəri
 uzunsov bibər
 duz
 istiot
 pul bibər
Qızartmaq üçün
 1,50 stəkan kərə yağı və duru yağ
Hazırlanma qaydası
1

Gül kələmini təmizləyin.
Təmiz-təmiz yuyun.
Təmizlədiyiniz gül kələmini bir az qaynadın.
Qaynatdığınız gül kələminin suyunu süzün və üzərinə soyuq su əlavə edin.
Qaynatmış olduğunuz gül kələmini kök və çiçəyinə ayırın.
Ayırdığınız çiçəkləri bir qaba alın.
İçinə toyuq döşü qiyməsini, cəfəri və ədviyyatları əlavə edib yaxşıca yoğurun.
Əritdiyiniz yağı dibi tutmayan bir tavaya alın.
Hazırladığınız qiymədən küftələr hazırlayın.
Hazırladığınız küftələri yağda qızardın.
Hər bir küftəni qızartdıqca tavaya az-az yağ əlavə edin

Diqqət
2

Çörək, balıq, və ya başqa qızartmalar olan zaman yağı tavata az-az əlavə edin ki, qızartmalarda dad dəyişikliyi olmasın.
Bu küftəni isti-isti yeyəndə gül kələminin dadı çox gözəl olur.
Sabaha qalanda isə sadəcə küftə iyi gəlir və heç vaxt gül kələminin iyi gəlmir.
Bəzi insanlar gül kələminin iyini sevmədiyi üçün bu küftəni ertəsi gün istifadə edirlər.