Yazdırma Seçimləri:

Gülkələmi turşusu

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqÜmumi Vaxt15 dəq

Gülkələmi turşusu

Lazım olan ərzaqlar
 2 ədəd orta boy gül kələmi
 10 stəkan su
 iri duz
 1 stəkan üzüm sirkəsi
 5 diş sarımsaq
 2 ədəd kərəviz sapı
Hazırlanma qaydası
1

Suyu qazana qoyub qaynadın.
Duzunu əlavə edin.
Su soyuduqdan sonra sirkəsini əlavə edin.
Gülkələmləri çiçəklərinə ayırıb yuyun.
Sarımsaqları arıtlayın. Gülkələmi və sarımsaqları bankalara yığın.
Üzərinə suyu tökün.
Kərəviz saplarını da ən üstə qoyun.
Qapağını da qapadıb turşumasını gözləyin.

Nuş olsun!