Yazdırma Seçimləri:

Gülkələmi Mantısı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

İçərisində C vitaminindən folik turşusuna qədər bir çox faydalı vitaminlər deposu olan gülkələmi eyni zamanda maddələr mübadiləsini sürətləndirərək formada qalmanıza yardımcı olur.
Gülkələmi mədə və on iki barmaq bağarsağın selikli qişasının bərpasına yardımçı olub xora və eroziyanın sağalmasına yardımçı olur.
Qida lifləri ilə zəngin olan bu bitki həzmə kömək edərək qəbizliyi aradan qaldırır.
Dəmirlə zəngindir.
Qanda pis xolesterolu düşürür.
Kalium və B qrup vitaminlərlə zəngin olduğu üçün sinir sisteminə yaxşı təsir edir.

Gülkələmi mantısı

Gülkələmi Mantl\ısı Üçün Lazım Olan Ərzaqlar
 1 kq gülkələmi
 250 q qiymə
 2 yemək qaşığı zeytun yağı
 1 ədəd soğan
 2 stəkan qatıq
 3 diş sarımsaq
 ½ ədəd limon
 1 yemək qaşığı tomat
 duz
  istiot
🥦Gülkələmi Haqqında
1

Gülkələmi mantısı

🥦Gülkələmi payız fəslində açan çiçəklər kimi mətbəxlərimizi bəzəyir.
🥦Üstəlik görüntüsüylə də böyük bir çiçək buketini xatırladır.
🥦Brokoli kimi turp kimilər ailəsindən olan bu gözəl tərəvəzin faydaları isə saymaqla bitmir.
🥦İçərisində C vitaminindən folik turşusuna qədər bir çox faydalı vitaminlər deposu olan gülkələmi eyni zamanda maddələr mübadiləsini sürətləndirərək formada qalmanıza yardımcı olur.
🥦Gülkələmi mədə və on iki barmaq bağarsağın selikli qişasının bərpasına yardımçı olub xora və eroziyanın sağalmasına yardımçı olur.
🥦Qida lifləri ilə zəngin olan bu bitki həzmə kömək edərək qəbizliyi aradan qaldırır.
🥦Dəmirlə zəngindir.
🥦Qanda pis xolesterolu düşürür.
🥦Kalium və B qrup vitaminlərlə zəngin olduğu üçün sinir sisteminə yaxşı təsir edir.

🥦Gülkələmi Mantısı Üçün Ərzaqların Yığılması
2

🥦 İstifadə edəcəyiniz gülkələmini yuyub təmizləyərək aşsüzənə yığın.
🥦 Əti yuyub təmizləyərək aşsüzənə yığın.
🥦Soğanları soyun.
🥦 Limonu yuyub mətbəx dəsmalının üzərinə alın.
🥦 Zeytun yağını stəkana süzün.
🥦 Tomat və ədviyyatları ayrıca kasalara yığın.
🥦 Sarımsaqları soyun.
🥦 İstifadə edəcəyiniz qatığı bir kasaya yığın.

🥦Gülkələmi Mantısı Üçün Ərzaqların Hazırlanması
3

🥦 Soğanları doğrayın.
🥦 Ətdən qiymə hazırlayın.
🥦 Limonu ikiyə bölüb suyunu sıxın.
🥦 Gülkələminin çiçəklərini ayırın.
🥦 Sarımsaqları əzin.
🥦 Bir kasada qatıqla döyülmüş sarımsaqları qarışdırın.

🥦 Gülkələminin Bişirilməsi
4

Gülkələmi mantısı

🥦Gülkələmini çiçəklərinə ayırın, yuyun və dərin qazana alın.
🥦Üstünü keçənə qədər su əlavə edin .
🥦İçinə yarım limonun suyunu sıxın.
🥦Limonun qabığını da içinə atın.
🥦Limon suyu sıxarkən kələmin rəngləri dəyişməz ağ qalar .
🥦 Gülkələminə məxsus iydən də əsər əlamət qalmaz.
🥦Gülkələmlər yumşalana qədər ocaqda bişirin.

🥦Gülkələmi Mantısının Bişirilməsi
5

🥦 Yanmaz yapışmaz bir tava götürün.
🥦İçərisinə zeytun yağı alın və incə- incə doğradığınız soğanı əlavə edin.
🥦Soğanlar qızardıqdan sonra içərisinə qiyməni atın və yaxşıca qovurun.
🥦 Ardından tomatı və ədviyyatları əlavə edin.
🥦Tamamən bişdikdən sonra ocağın altını qapadın.

🥦Gülkələmi Mantısının Servis Edilməsi
6

🥦Bişirdiyiniz olan gülkələmləri bir servis tabağına alın.
🥦 Üstünə sarımsaqı qatığı tökün.
🥦 Ən üstə də qiıyməli xərcdən gəzdirib, isti-isti servis edin .

Nuş Olsun!