Yazdırma Seçimləri:

Gülkələmi Qızartması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt40 dəq

Ətli çiçəkləri və yığılmış görünüşü ilə ən çox sevilən qış tərəvəzlərindən biri olan gül kələmindən hazırlanacaq ən gözəl və praktik reseptlərdən biri də qızardılmış gül kələmidi
. Çox sadə və rahat hazırlaya biləcəyiniz bir resepti sizlərə təqdim edirik.

Gülkələmi Qızartması Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd gülkələmi
 5 stəkan isti su
 1 çay qayığı un
Gülkələmini Qızartmaq Üçün
 1 stəkan süd
 2 ədəd yumurta
  duz
 4 yemək qaşığı un
 1 stəkan duru yağ
Gülkələmi Qızartması Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz gülkələmini təmizləyərək yuyun və bir qədər sirkəli suda saxlayın .
✅ Bu zaman içərisində olan qum dənələri təmizlənmiş olur.
✅ İstifadə edəcəyiniz duru yağı, mineral suyu və südü ayrı-ayrı stəkanlara süzün.
✅ İstifadə edəcəyiniz unu kiçik bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu bir kiçik kasaya yığın.
✅ Lazım olacaq yumurtaları yuyub suyunu çəkmək üçün mətbəx dəsmalının üzərinə yığın.

Gülkələmi Qızartması Üçün Ərzaqların Hazırlanması
2

✅Gülkələminin sərt olan kök hissəsini kəsin.
✅Yaşıl yarpaqlarını təmizləyin.
✅Orta ölçüdə olan gülkələmlərini çiçəklərinə ayırın.
✅Gülkələmlərinin özünə xas olan iyinin çıxması üçün 8 dəqiqə isti suda qaynadın.
✅Bişirdiyiniz gülkələmlərinin suyunu aşsüzəndən süzün.

DİQQƏT
3

✅Gülkələmini daha tez qızartmaq üçün qızğın və dərin qabda qızarda bilərsiniz.
✅ Qızartma zamanı istifadə edəcəyiniz südü yarıbayarı azaıldaraq südü mineral su ilə də əvəz edə bilərsiniz.

Gülkələmini Qızartmaq Üçün Qarışımın Hazırlanma Qaydası
4

✅Gülkələmini qızartmaq üçün bir qarışım hazırlayın.
✅Ayrı bir qabda yumurta, süd, və duzu bir çırpıcı yardımıyla pürüzsüz bir vəziyyətə gələnədək qarışdırın.

Gülkələminin Bişirilmə Qaydası
5

✅ Ocağı yandırın və yağı qızdiracağınız tavanı ocağın üzərinə alın.
✅Duru yağı geniş bir tavada qızdırın.
✅Hazırladığınız qarışığa batırdığınız bişmiş gülkələmlərini qızgın yağda qızılı rəng alana qədər qızardın.
✅Əlavə yağını buraxması üçün gülkələmlərini kağız dəsmal üzərinə yığın .

Gülkələmi Qızartmasının Servis Edilməsi
6

✅İlıq halda servis edin.
✅İstərsəniz servis edərkən arzuya görə gülkələminin yanına qatıq sosu da əlavə edə bilərsiniz.

Nuş Olsun!