Yazdırma Seçimləri:

Gülkələmli Keks

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt50 dəq

Günorta, səhər yeməyi və ya hətta axşam yeməyi üçün istifadə edəcəyiniz bir yemək reseptini 1001dad.com sizlərə təqdim edir.
İstəyə görə toyuq döşü də əlavə etmək mümkün olduğu üçün axşam yeməyində belə yeyilə biləcək bir tərifdir.
Hətta bir az pendir də əlavə edə bilərsiniz.
Hər ikisini istəmirsinizsə, sadə bir keks də hazırlaya bilərsiniz.

gül kələmli keks

Gülkələmli Keksi Üçün Lazım Olan Ərzaqlar
 400 q gülkələmi
 1 ədəd soğan
 1 ədəd bişirilmiş toyuq döşü
 3 ədəd yumurta
 ¾ stəkan süd
 ½ stəkan zeytun yağı
 un
 100 q pendir
  duz
 istiot
 1 paket qabartma tozu
Gülkələmli Keks Üçün Ərzaqların Yığılması
1

✅ Soğanları soyub bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz unu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz duzu və istiot ayrıca kasalara yığın.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ istifadə edəcəyiniz gülkələmini yuyub aşsüzənə yığın.
✅ Lazım olan qabartma tozunu bir kasaya alın.
✅ istifadə edəcəyiniz südü stəkana süzün.
✅ İstifadə olunacaq toyuq döşünü yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ lazım olacaq zeytun yağını stəkana süzün
✅ İstifadə edəcəyiniz pendiri kasaya yığın.

Gülkələmli Keks Üçün Ərzaqların Hazırlanması
2

✅ Gül kələminin çiçəklərini ayırın.
✅ Kiçik -kiçik doğrayın.
✅ Soğanları incə-incə doğrayın.
✅ Yumurtaları bir qabın içərisinə sındırıb yüngülcə çırpın.
✅ Un və qabartma tozunu ələyin.
✅ Toyuq döşü istifadə edəcəksinizsə doğrayaraq bişirin və kubik-kubik doğrayın.
✅ Pendiri rəndələyin.

Gülkələminin Bişirilməsi
3

✅ Doğradığınız gülkələmini bir qazana yığın.
✅ Üzərinə su əlavə edib gül kələmləri bir azca yumşalana qədər, yəni 4-5 dəqiqə bişirib süzün.

Gülkələmli Keksin Hazırlanması
4

✅ Yumurtaları bir qabın içərisində yüngülcə çırpın.
✅ İçərisinə duru yağ və südü əlavə edin.
✅ Un və qabartma tozunu ələyərək südün içərisinə qatıb bir keks xəmiri əldə edin.
✅ Xəmirin içərisinə gül kələmini, soğanı , istərsəniz də toyuq döşü və ya pendir də əlavə edə bilərsiniz.
✅ Son olaraq duz və istiotunu atın.
✅ Gözəlcə qarışdırın.

Gülkələmli Keksin Bişirilməsi
5

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Poğaça xəmirini yağlı kağız sərdiyiniz bir keks qəlibinin içinə alın.
✅ Keksi 180 dərəcə temperaturda bişirin.
✅ Bişdikdən sonra çıxarın və bir az dincə qoyun.

Gülkələmli Keksin Servis Edilməsi
6

Gülkələmi keksi bir az soyuduqdan sonra dilimləyərək servis edin.

Nuş Olsun!