Yazdırma Seçimləri:

Günəbaxan salatı

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 saat 5 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt1 saat 30 dəq

gunebaxan-salati

Lazım olan ərzaqlar
 300 q toyuğun döş əti ,
 400 q konserv qarğıdalı
 3 ədəd yumurta
 200 q konserv göbələk
 200 q kök
 1 dəstə yaşıl soğan
 zeytun
 kartof çipsləri
 mayonez
 narın xörək duzu
 mayonez
 duru yağ
Hazırlanma qaydası
1

gunebaxan-salati

Kökü qaynadıb soyun.
Toyuq döşünü kiçik-kiçik doğrayın.
Duru yağda 10 dəqiqə qovurun.
Kökü rəndənin xırda gözündən keçirin. Yumurtanı da rəndənin xırda gözündən keçirin.
Göbələyi kiçik-kiçik doğrayın.
Yaşıl soğan da kiçik doğrayın.
Diyametri 23 sm olan qaba əvvəlcə toyuq ətini qoyub mayonezləyin.
Onun üzərindən kökü qoyun. və mayonezləyin.
Kökün üzərindən göbələyi qoyub mayonezləyin.
Göbələyin üzərinə yaşıl soğanı qoyun.
Soğanın üzərinə yumurtanı qoyub mayonez çəkin.
Yumurtanın üzərinə isə qarğıdalı qoyun və kanarlarını kartof çipsi ilə bəzədin.
Not:
Salata günəbəxan çiçəyi görünüşü vürmək istəsəniz xırda pomidoru ikiyə bölüb xanımböcəyi düzəldə bilərsiniz.
Pomidorun üstünü xırdalanmış qara zeytunla da bəzəyə bilərsiniz.

Nuş olsun!