Yazdırma Seçimləri:

Gün Boyu Tox Tutan Smuzi (Smoothie)

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqÜmumi Vaxt10 dəq

Son illərdə çox məşhur olan smoothie (smuzi) təzə meyvələrin qatıq və ya südlə qarışdıraraq hazırlanır. Smuzilər, xüsusilə pəhriz siyahılarında demək olar ki, öndə gəlir. Smuzi bir çox meyvə ilə hazırlana bilir. Sizi gün boyu tox saxlayan qidalandırıcı smuzi resepti ilə də çəkinizi nəzarətdə saxlaya bilərsiniz.1001dad.com saytı sizləri tox tutacaq smuzi reseptini təqdim edir.

Gün Boyu Tox Tutan Smuzi Üçün Lazım Olan Ərzaqlar
 1,50 ədəd dondurulmuş banan
 1 stəkan buz(su)
 200 ml inək südü və ya badam südü
 4 ədəd xurma
 1 yemək qaşığı buğda cücərtisi
Gün Boyu Tox Tutan Smuzi (Smoothie) Üçün Ərzaqların Yığılması
1

İstifadə edəcəyiniz bananları bir kasaya yığın.
Lazım olacaq inək südünü və yaxud badam südünü stəkana süzün.
İstifadə edəcəyiniz xurmanı təmizləyib kasaya yığın.
Lazım olacaq suyu stəkana yığın.
İsifadə edəcəyiniz buğda cücərtisini bir kasaya alın.

Gün Boyu Tox Tutan Smuzi (Smoothie) Üçün Ərzaqların Hazırlanması
2

İstifadə ediləcək bananları dondurub soyun.
İstifadə edəcəyiniz badam südünü hazırlayın.
Lazım olacaq buğda cücərtisini təmizləyib yığın.

Gün Boyu Tox Tutan Smuzinin (Smoothie) Hazırlanması
3

Əvvəlcə dilimləyib dondurduğunuz bananları blenderə yığın.
Tumunu çıxararaq ilıq suda islatdığınız xurmanı doğrayın.
Süd və ya badam südü, isladılmış xurma, dondurulmuş banan, buğda cücərtisi, su və ya buz əlavə edib yaxşıca qarışdırın.
Hazır smuzini stəkana töküb içə bilərsiniz.