Yazan1001 dadKateqoriyaÇətinlikNormal
Gürcü xəngəli
Verimlilik1 Porsiya
Hazırlanma Müddəti1 saat 10 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt1 saat 20 dəq
lazım olunan ərzaqlar
İçliyin hazırlanma qaydası
1

Əti kiçik dilimlərə bölün.
Sonra baş soğanı soyun və sonra bunu 4-5 hissəyə bölün.
Ətlə soğanı eyni qaba qoyun.
Sonra bunlara zövqə görə duz, istiot, qırmızı bibər, çörəkotu əlavə edin.
Bunları tam qarışana qədər qarışdırın.
Bütün bunları ət maşınından keçirərək soğanlı, ədviyyatlı qiymə hazırlayın.
Çəkilmiş qiyməyə su əlavə edin .
Bu, qiyməni yumşaldır.

Xəmirin hazırlanması
2

İndi isə sıra gəldi xəmirin hazırlanmasına.
Una duzlu su əlavə edib bərk xəmir yoğurun.
Yoğurduğunuz bərk xəmiri plastik torbaya qoyub 15-20 dəqiqiə dondurucuda saxlayın

Xəngəl bükmək üçün xəmirin yayılması
3

Soyuducudan xəmiri çıxardın.
Kiçik kündələrə bölün.
Təqribən 2 mm.qalınlığında yuxa hazırlayın.
Sonra bu yuxadan stəkanın köməyi ilə dairəvi formada kəsin.
Yerdə qalan xəmiri yenidən yoğurub yayın, onları da stəkan vasitəsi ilə yumru halda doğrayın
Dairəvi xəmirləri nazik yayın.
Nazik yayılmış bu yuxaların ortasına təxminən 40 qr. qiyməli iç qoyub üst hissəsindən büzərək bükün.
Bükülmə prosesi çox vacibdir və aşağıdakı kimi həyata keçirilir:

Gürcü Xəngəli bükülməsi
4

Xəngəlin bitişdirilməsi sonuncu büküşə kimi hər büküşü yuxarı darta-darta yapışdırmaqla əmələ gəlir.
Yapışdırma bitdikdən sonra başlığı burub artıq hissəni qopardın

Gürcü Xəngəlinin bişirilməsi
5

Sonra geniş bir qazana 5-7 litr su əlavə edin.
Bu suya duz da əlavə edin.
Qazanı güclü alovun üzərinə qoyun.
Bükülüb hazırlanmış gürcü xəngəli ehtiyatla, bir- bir, ancaq sürətlə qaynayan suya qoyulur.
Xəngəlləri suya salan kimi ehtiyatla taxta qaşıqla qarışdırın.
Bu zaman gürcü xəngəli bir -birinə və qazanın dibinə yapışmır.
Təxminən 7 dəqiqə qaynadıqdan sonra xəngəllər bişir və suyun üzərinə çıxır.
Bişmiş gürcü xəngəlini kəfgir vasitəsi ilə ehtiyatla çıxardılır.
Bu zaman, ehtiyatlı olunmalıdır ki, bişmiş xəngəli dağılmasın.
Bişmə zamanı diqqət edilməlidir ki, çox bişməsin.
Bu zaman çox bişərsə, xəngəllər açılıb dağıla bilər.
Xəngəli süfrəyə isti halda verin.
Süfrədə gürcü xəngəli qara istiotla birlikdə yeyilir.
Gürcü xəngəlini əllə yemək məsləhətdir.
Bu zaman xəngəl ehtiyatla dişlənilir.
Bu zaman xəngəlin suyu dağılmamalıdır.
Bu su içilir.

Nuş olsun!

Ərzaqlar

lazım olunan ərzaqlar

Təlimatlar