Yazdırma Seçimləri:

Gürzə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt50 dəq

Lazım olan ərzaqlar
 500 q qoyun əti(mal əti və ya dana əti)
 3 ədəd baş soğan
 100 q quyruq
 1 dəstə şüyüd
 sarımsaqlı qatq
Xəmir üçün lazım olan ərzaqlar
 500 q un
 1 ədəd yumurta
 2 stəkan su
 1 çimdik duz
Hazırlanma qaydası
1

Gürzə hazırlamaq üçün əti, soğanı və quyruğu ət maşınından keçirib qiymə hazırlayın.
Bundan sonra qiyməyə duz və istiot qataraq yağda qızardın.
Sonra bərk xəmir yoğrun.
1 mm nazikliyində yayıb stəkanın ağzı ilə dairələr kəsin.
Hər dairənin ortasına qiymə qoyub, hər iki tərəfi bir-birinin üstünə gətirilməklə ilanvari bağlayın və bir tərəfindən balaca deşik saxlayın.
Gürzələri ya ət suyuna, ya da duzlu qaynar suya töküb 5-10 dəqiqə bişirin (gürzələr suyun üzərinə çıxana qədər).
Hazır gürzələri kəfkirlə sudan çıxarın və nimçəyə yığın .
Üstündən sarımsaqlı qatıq, yaxud pomidor qızartması töküb narın doğranmış şüyüd səpin.
Boşqaba bir-iki qaşıq gürzənin bulyonundan da tökmək olar.
Gürzələri qızartmaq da olar.
Xörək isti halda servis edilir.

Nuş olsun!