1. Gürzənin içliyi üçün malın döş ətini yuyub kasaya yığın.
2. Gürzənin üzərinə səpmək üçün lazım olan sumağı bir kasaya yığın.
3. Gürzə üçün lazım olan baş soğanı soyub təmizləyin.
4. Gürzə bişirmək üçün lazım olan duzu bir kasaya yığın.
5. Gürzə xəmiri hazırlamaq üçün lazım lanqər unu bir kasaya ələyin.
6. Gürzə xəmiri üçün lazım olan duzu bir kasaya yığın.
7. Gürzə xəmirinə vurulacaq yumurtanı yuyub bir kasaya alın.
8. Lazım olacaq sarımsaqları soyub bir kasaya yığın.
9. Gürzənin üzəri üçün lazım olan qatığı bir kasaya yığın.

1. Gürzə xəmiri hazırlamaq üçün unu yoğurma qabına ələyin.
2. Ələnmiş una duz və bir ədəd yumurta sındırın.
3. Yumurta və duz qatdığınız una su əlavə edərək bərk xəmir yoğurun.
4. Xəmiri yaxşıca yoğurmaq lazımdır.
5. Xəmir ələ yapışmadıqda hazırdır deməli.
6. Yumurtanı xəmirə ona görə vurmaq lazımdır ki, xəmir çox yumşalmasın.
1. Qiymə üçün lazım olacaq əti təmizlədikdən sonra doğrayın.
2. Doğradığınız əti soğanla birlikdə ətçəkən maşından keçirin.
3. Duz – istiot vurub yaxşıca qarışdırın.
1. Xəmiri 4-5 kündəyə ayırıb nazik yayın.
2. Nazik stəkanın ağzı ilə yumrular kəsin.
3. Hər yumrunun içinə bir qədər ət qoyun.
4. Xəmir baş tərəfdən bir azca ətin üstünə qatlayıb kənarlardan burularaq içəriyə doğru bükün.
5. Ucu açıq qalsın.
1. Gürzə iki cür bişirilir.
2. Sulu və quru.
3. Sulu gürzə bişirmək üçün bulyon hazırlanır.
4.. Sulu gürzə bulyonda qaynadılır .
5. Quru gürzə isə adi duzlu suda qaynadılır və süzülür.
Sulu servis edilərsə kasada üstünə keşniş səpilərək verilir.
Süfrəyə verərkən yanına sarımsaqlı qatıq və sumax qoyulur.
Ərzaqlar
Təlimatlar

Leave a Reply