Yazdırma Seçimləri:

Güvəcdə (saxsı tavada)küftə

Verimlilik3 PorsiyonHazırlanma Müddəti20 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 0,50 kq küftəlik qiymə
 1 ədəd yumurta
 1 ədəd quru soğan
 3 diş sarımsaq
 4 çay qayığı suxarı unu ya da çörək içi
 istiot
 duz
Qızartmaq üçün
 duru yağ
Pomidor sosu üçün
 5 ədəd orta böyüklükdə pomidor
 1,50 yemək qaşığı tomat
 3 yemək qaşığı duru yağ
 0,50 çay qayığı toz şəkər
 istiot
 duz
Üzəri üçün
 holland pendiri rəndəsi
Hazırlanma qaydası
1

Soğan və sarımasaqları soyun.
Soyduqdan sonra təmiz yuyun.
Suxarını və yaxud da çörək içini isladın ki, qiymənin içində rahat qarışa bilsin.
Yumurtaları da təmiz yuyun.
Dərin bir qabın içinə quru soğan və sarımsaqları rəndələyin.
Üzərinə qiymə, çörək içi yumurta və qalan ərzaqları əlavə edərək yarım saat yoğurun.
Hazırladığınız ərzaqları 1 saata yaxın soyuducuda saxlayın.
Soyuducuda saxladığınız ərzaqlardan yumurta böyüklüyündə parçalar ayıraraq ovuç içində arzuya görə şəkil verin.
Bütün küftələr hazırlandıqdan sonra teflon tavaya bir az duru yağ qoyaraq ocağa alın və hazırladığınız küftələri qızardın.
Qızartdığınız küftələri güvəcə (saxsı qaba) düzün.
Pomidor sosunu hazırlamaq üçün balaca bir qazana bir az sıvı yağ əlavə edin.
Üzərinə rəndələdiyiniz pomidorları və 1,5 qaşıq tomatı əlavə edərək 5 dəqiqə qədər qovurun.
Qovrulan pomidorların üzərinə toz şəkər, duz və istiotu əlavə edərək 10 dəqiqə qədər bişirin.
Hazırladığınız pomidor sosunu güvəcə düzdüyünüz küftələrin üzərinə tökün.
Lap sonda küftələrin üzərinə holland pendiri rəndəsi əlavə edərək 200 dərəcə qızdırılmış sobada pendirlər əriyənə qədər bişirin.
Güvəcdə bişirdiyimiz küftələr artıq servisə hazırdır.
Düyü plovu ilə birlikdə isti olaraq servis edə bilərsiniz.

Nuş olsun!
Qida Dəyərləri

Porsiya 0