Yazdırma Seçimləri:

Güvəçdə pendirli yumurta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

güveçde pendirli yumurta

Lazım olan ərzaqlar
 100 q holland pendiri
 0,50 ədəd pomidor
 2 ədəd yumurta
 1 ədəd yuxa
 duz
 istiot
Güvəcdə pendirli yumurtanın hazırlanma qaydası
1

Pomidoru yuyun.
Yuduğunuz pomidoru iki hissəyə ayırıb doğrayın.
Güvəcin içərisinə bir yuxa sərin.
Yuxanın içərisinə yumurtaları sındırın.
Sonra yumurtanın üzərindən doğradığınız pomidorları düzün.
Holland pendirini rəndələyin.
Rəndələdiyiniz pendiri də pomidorun üzərindən töküb yayın.
Ən sonunda duz və istiotunu da səpib əvvəlcədən isidilmiş sobada bişirin. İsti halda servis edin.

Nuş olsun!