Yazdırma Seçimləri:

Güvəçdə Pendirli Yumurta

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Sabah qəhvəaltınızda dadından doya bilməyəcəyiniz bir resepti sizlərə təqdim edirik.
Çox rahat hazırlanan bu yeməyi həm uşaqlar,həm də böyüklər sevərək tükədirlər. Sabah-sabah sobadan ətrafa yayılan iy ac olmayanları belə iştahaya gətirib acıqdırır.

güveçde pendirli yumurta

Lazım Olan Ərzaqlar
 100 q holland pendiri
 0,50 ədəd pomidor
 2 ədəd yumurta
 1 ədəd yuxa
 duz
 istiot
Güvəcdə Pendirli Yumurta Üçün Ərzaqların Yığılması
1

İstifadə edəcəyiniz pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
istifadə edəcəyiniz holland pendirini bir kasaya yığın.
İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinəyığın.
Lazım olacaq duzu və istiotu ayrı-ayrı kasalara yığın.
İstifadə edəcəyiniz yuxaları bir kasaya yığın.

Güvəcdə Pendirli Yumurta Üçün Ərzaqların Hazırlanması
2

Yuduğunuz pomidorları ikiyə ayırıb doğrayın.
Güvəcin içərisinə yuxanı yerləşdirin .
yumurtaları kasaya sındırın.
Holland pendirini rəndələyin.

Hazırlanma Qaydası
3

✅Yuxanın içərisinə sındırdığınız yumurtaları əlavə edin.
✅Sonra yumurtanın üzərindən doğradığınız pomidorları düzün.
✅Rəndələdiyiniz pendiri də pomidorun üzərindən töküb yayın.

Güvəcdə Pendirli Yumurta Üçün Ərzaqların
4

Sobanı əvvəlcədən qızdırın .
Ən sonunda duz və istiotunu da səpib əvvəlcədən isidilmiş sobada bişirin.

Güvəcdə Pendirli Yumurtanın Servis Edilməsi
5

İsti halda servis edin.
Servis edərkən bol köpüklü ayrandan və yaxud da kompotdan istifadə edə bilərsiniz.

Nuş Olsun!