Yazdırma Seçimləri:

Hədik

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı35 dəqÜmumi Vaxt55 dəq

hədik

Lazım olan ərzaqlar
 1 stəkan buğda
 1 l süd
 1 stəkan lobya
 1 stəkan mərci
 duz
 100 q qarğıdalı
 100 q qoz ləpəsi
Hazırlanma qaydası
1

Hədik hazırlamaq üçün əvvəlcə buğda yuyulur və bir gün təmiz suda saxlanılır.
Lobya, noxud, mərci, qarğıdalı yuyulur və suda bir neçə saat gözlədilir.
Hədik bişirilməyə başlayarkən əvvəlcə iri bir qazanda buğda qaynadılır.
Suyu süzülür, üzərinə 1 litr süd tökülür və qaynadılır.
Daha sonra noxud, mərci, qarğıdalı da bu südə əlavə edilir.
Bunlar bişdikdən sonra qazan odun üzərindən götürülür.
Hədik süfrəyə verilən zaman yanına qoz ləpəsi və müxtəlif çərəzlər verilir.

Nuş olsun!