Yazdırma Seçimləri:

Halva dondurması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti1 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt2 dəq

halva dondurması

Lazım olan ərzaqlar
 1,50 stəkan qoz ləpəsi
 1 stəkan əridilmiş marqarin
 1 yemək qaşığı şəkər tozu
 0,50 kq tahin halvası
 1,50 stəkan süd
 1,50 stəkan ufalanmış biskivit
 1 paket krem şanti
Sosu üçün
 1,50 stəkan dondurulmuş böyürtkən
 1 yemək qaşığı şəkər tozu
 2 yemək qaşığı nişasta
Hazırlanma qaydası
1

Biskivitlər toz halına gələnə qədər rondodan keçirdin.
Tavada marqarini əridin.
Biskivitlərin üzərinə tökün.
Bir qaşıq şəkər tozu ilə birlikdə yoğurun.
Dərin bir şüşə siniyə bastıra-bastıra yığın.
Halva un halına gələnə qədər rondodan keçirdin.
Içinə süd və toz krem şanti əlavə edərək möhkəm qarışdırın.
Sonra biskivitlərin üzərinə töküb yaxşıca yayın.
Donması üçün 1 saata yaxın soyuducuda saxlayın.
Servisə yaxın bir zamanda sosunu hazırlayın.
Böyürtkəni rondodan keçirdib qazana yığın.
Içinə nişasta və şəkər tozunu əlavə edərək qarışdıra-qarışdıra bişirin.
Şirniyyat donduqdan sonra soyuducudan çıxardın.
Üzərinə böyürtkənli sosu töküb, qoz ləpəsi səpərək servis edin.

Nuş olsun!