Yazdırma Seçimləri:

Harira Şorbası

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı45 dəqÜmumi Vaxt1 saat 5 dəq

Harira şorbası Fars mətbəxinə aid bir şorba çeşididir. Farslar əsasən Ramazan aylarında bu şorbadan bolca hazırlayaraq dondurmaya atırlar və istədikləri vaxt çıxardıb istifadə edirlər.

harira şorbas

Lazım Olan Ərzaqlar
 150 q dana və ya quzu əti
 30 q kərə yağ
 1 ədəd soğan
 1 ədəd kök
 1 ədəd kabak
 1 ədəd kartof
 1 ədəd pomidor
 ½ dəstə keşniş
 sarıkök
 1 yemək qaşığı pomidor tomatı
 1 stəkan bişmiş noxud
 0,50 stəkan qırmızı mərcimək (suda isladılmış)
 duz
 istiot
 2 yemək qaşığı doğranmış cəfəri
Hazırlanma Qaydası
1

harira şorbas

✅ Bir qazana əti alın və suyunu salıb çəkənə qədər bişirin.
✅ Üzərinə kərə yağını və yeməklik doğradığınız soğanı əlavə edib qızarana qədər qovurun.
✅ Ədviyyatları əlavə edin.
✅ Pomidorları qaynar suya salaraq qabıqlarını soyun.
✅ Soyduğunuz pomidorları 4-ə bölərək çəyirdəklərini çıxardın və küp-küp doğrayın.
✅ Qazana əlavə edərək qızardın.
✅ Tərəvəzləri kiçik olaraq küp-küp doğrayıb qazana əlavə edin.
✅ Mərciməkləri yuyub süzün və noxudla birlikdə qazana əlavə edin.
✅ Suyunu , duzunu və istiotunu da əlavə edib qarışdırın.
✅ Qazanın qapağını örtərək ət və tərəvəzlər yumşalana qədər 45 dəqiqəyə yaxın bişirin.
✅ Ocaqdan aldıqdan sonra üzərinə incə doğradığınız cəfərini də əlavə edərək servis edin.

Nuş Olsun!