haydari1



Lazım olanlar:

  • 1,5 su stəkanı süzmə qatıq,
  • Bir dəstə nanə,
  • 2 diş sarımsaq,
  • Təzə nanə,
  • Zeytun yağı,
  • Kərə yağı,
  • Qırmızı bibər,
  • Duz,

Hazırlanması:

  • Qatığı bir qaba qyun.
  • Duzu və incə doğranmış sarımsağı əlavə edin.
  • Təzə nanəni incə-incə doğrayın.
  • Qatığa əlavə edin.
  • Kərə yağını tavada əridin.
  • Quru nanəni də töküb qovurun.
  • Bütün bunları qarışdırın.
  • Lazım olarsa kərə yağı nanə qarışığından yenə əlavə edin.
  • Haydarını servis qabına alın.
  • Üzərinə bir az zeytun yağı əlavə edin.
  • Qırmızı bibər səpərək bir yarpaq da nanə ilə birlikdə bəzəyin.