Yazdırma Seçimləri:

Hazır Yuxa İlə Tavada Sucuqlu Tost

Verimlilik1 PorsiyaHazırlanma Müddəti14 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt24 dəq

Sabah naharında sizə yoldaşlıq edəcək bir tost. Hazır yuxa ilə sucuqlu tost. Qəhvəaltıda çayın yanında çox gözəl olur. Uşaqların sevdiyi bir tost. Bu tostun ətrindən doymaq olmur. Çox tez hazırlayıb bişirə biləcəyiniz bir tost. Bütün öyünlərə bu tost çox yaraşır. Həm pendirli, həm tərəvəzli, həm sucuqlu. Bu tostun ətrindən , dadından doymaq olmur.

Hazır yuxa ilə tavata sucuklu tost

Hazır Yuxa İlə Tavada Sucuqlu Tost Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd Milli dad yuxa
 kolbasa
 uzunsov bibər
 pomidor
 holland pendiri
Sosu Üçün
 2 yemək qaşığı duru yağ
 2 yemək qaşığı su
 1 yemək qaşığı tomat pastası
 pul bibər
 kəklikotu
Qabı Yağlamaq Üçün
 kərə yağı
👉Hazır Yuxa İlə Tavada Sucuqlu Tost Üçün İstifadə Olunacaq Ərzaqların Hazırlanması
1

✅ Sucuqların qabığını soyub dilimləyin.
✅ Uzunsov bibəri yuyub suyunu mtbəx dəsmalı ilə qurudun.
✅ Uzunsov bibəri də dilimləyin.
✅ Pomidoru da yuyub suyunu bir mətbəx dəsmalı ilə qurudaraq dilimləyin.
✅ Duru yağı bir qaba qoyun.
✅ Bir qabda isə pul bibəri, kəklikotunu qoyun ki, istifadə zamanı yaddan çıxartmayasınız.
✅ Tomat pastasını da bir kasada qoyun.
✅ İstifadə edəcəyiniz holland pendirini dilimləyin.

👉Bişirmək Üçün Hazırlanması
2

Hazır yuxa ilə tavata sucuklu tost

✅ Bir kasaya duru yağı, pul bibəri, kəklikotunu və tomat pastasını qataraq yxşıca qarışdırın.
✅ Sucuqlu tostu bişirəcəyiniz tavanı kərə yağı ilə yağlayın.
✅ Sucuqlu tost üçün doğradığınız sucuqları, pomidor və bibər dilimlərini də yağladığınız tavaya düzüb qızardın.
✅ Sonra Milli dad yuxasını sucuqların yerinə açın.
✅ Sucuqlu tost üçün hazırladığınız sosla hazır yuxanı yağlayın.
✅ Yuxanın bir hissəsinə qızartdığınız ərzaqları sonda isə holland pendiri dilimlərini düzüb lavaşın bir hissəsini də üzərinə qatlayın.

👉Bişirilməsi
3

✅ Hazır yuxanı sosla yağladıqdan sonra tərəvəzləri bişirdiyiniz tavaya qoyun.
✅ Tavaya qoyduğunuz yuxanın bir hissəsinə hazırladığınız ərzaqları düzün.
✅ Sonda isə ərzaqların üzərinə holland pendiri dilimlərii əlavə edib yuxanın o biri hissəsini də ərzaqların üzərinə qatlayıb bişirin.
✅ Tavada lavaşın bir üzü bişdikdən sonra o biri üzünü də çevirib qızardın.
pendiri tamamən əridikdən sonra tostu tavadan alın.

👉Servis Edilməsi
4

✅ Pendir əridikdən sonra tavadan aldığınız sucukLu tostu dilimləyin.
✅ Hazır yuxa ilə sucuklu tostu isti-isti servis edin.
✅ Bu yeməyi həm uşaqlar, həm də böyüklər sevərək yeyirlər.
✅ Səhər yeməklərində çayla birlikdə servis edə bilərsiniz.
✅ Ən əsası isə xoşladığınız ərzaqlarla servis edə bilərsiniz.

👉Nuş Olsun!