Yazdırma Seçimləri:

Çox Ləzzətli Çox Asand Hazır Yuxayla Acılı Pizza

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı8 dəqÜmumi Vaxt23 dəq

Hazır yuxayla acılı bir pizza. Evdə hazırlaya biləcəyiniz ləzzətli bir pizza. Bu kolbasalı, acılı pizzanı ailəliklə sevəcəksiniz. Bu reseptlə pizza hazırlamaq çox rahatdır. Az ərzaqla çox dadlı bir pizza. Evdə hazırladığınız acılı pizzanın yanına köpüklü bir ayran da qoydunuzmu dadına doya bilməyəcəksiniz.

Hazır yuxayla acılı pizza.

Çox Ləzzətli Çox Asand. Hazır Yuxayla Acılı Pizza
 1 ədəd Milli dad lavaş
 3 yemək qaşığı duru yağ
 5 yemək qaşığı pomidor sos
 200 q çeçil(saçaqlı)pendir
 3 diş sarımsaq
 1 ədəd yaşıl bibər
 1 ədəd qırmızı bibər
 bibər turşusu
 kolbasa
 kəklikotu
 təzə nanə
 toz bibər
 duz
 istiot
Hazır Yuxayla Acılı Pizza Üçün Ərzaqların Hazırlanması
1

Hazır yuxayla acılı pizza hazırlamaq üçün əvvəlcə soyulmuş pomidoru doğrayıb bir kasaya yığın.
Acılı pizza üçün sarımsaqları təmizləyib qabığını soyun və çox kiçik doğrayaraq bir kasaya yığın.
Duz, kəklikotu, pul bibər, nanə, istiotu ayrı-ayrı qablara yığıb ərzaqların yanına qoyun ki,unutmayasınız.
Duru yağı sosu hazırlayacağınız tavaya tökün.
Pizza üçün istifadə edəcəyiniz kolbasanın da qabığını soyaraq halqa-halqa doğrayın.
Qırmızı bərləri uzunsov şəkildə dilimləyin.
Yaşıl bibər turşusunu da uzunsov şəkildə doğrayın.
Çəçil(saçaqlı)pendiri didikləyin.
Pendir duzsuz olmalıdır.

Hazır Yuxayla Acılı Pizzanın Sosunun Hazırlanması
2

Ocağı yandırın.İçərisində duru yağ olan tavanı ocaqın üzərinə qoyub yağı qızdırın.
Yağın içərisinə pomidor sosunu və sarımsağı əlavə edib qovurun.
Duz, pul bibər , quru nanə, istiot və kəklikotunu da əlavə edərək qarışdırın.
Pizza üçün sosumuz hazırdır.

Hazır Yuxayla Acılı Pizzanın Hazırlanması
3

Hazır yuxayla acılı pizza.

Soba sinisinə yağlı kağız sərin.
Milli dad lavaşını soba sinisinin üzərinə açın.
Hazırladığınız sosu lavaşın üzərinə yayın.
Doğradığınız kolbasa dilimlərini də lavaşın üzərindən düzün.
Çeçil pendiri , üzünsov doğradığınız bibərləri lavaşın üzərinə düzün.

Yuxayla Acılı Pizzanın Sobaya Verilməsi
4

Pizza bişirmək üçün sobanı əvvəlcədən qızdırın.
Hazırladığınız pizza sinisini qızdırdığınız sobaya verin.
Pendir əridikdən sonra pizzanı sobadan çıxardın.
Artıq pizzanız bişib hazırdır.

Hazır Yuxayla Acılı Pizzanın Servis Edilməsi
5

Bişən pizzanı sobadan alıb isti-isti dilimləyin.Çox sevəcəyiniz ləzzətli bir pizza olmuşdur.
Pizzanı süfrəyə verən zaman yanında bol köpüklü ayran qoya bilərsiniz. Pizzanı servis edərkən limon dilimləri və cəfərini unutmayın.
Çünki bunlar pizzanın dadı duzudur.
Öz istəyinizə görə də servis edə bilərsiniz.

Nuş olsun!