Yazdırma Seçimləri:

Helatiyə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt20 dəq

helatiyə

Lazım olan ərzaqlar
 1 stəkan süd
 1 stəkan su
 1 stəkan şəkər pudrası
 20 q damla saqqızı
 2 yemək qaşığı qarğıdalı nişastası
 2 yemək qaşığı un
Bəzəmək üçün
 2 yemək qaşığı badam
 2 yemək qaşığı fıstıq
 1 stəkan qarışıq meyvə (ananas, nar dənələri, şaftali)
Şərbəti üçün
 4 stəkan su
 3,50 stəkan şəkər tozu
 0,50 stəkan gül suyu
Hazırlanma qaydası
1

Bütün ərzaqları sos qazanına alın.
Vam odda , mühəlləbi qatılığına gələnə qədər bişirin.
Ocaqdan alın.
Mühalləbini tökəcəyiniz siniyi fırça yardımı ilə duru yağla yağlayın.
Mühalləbinin qalınlığını ən azından 1sm olacaq şəkildə tökün.
Muhalləbini sərtləşənə qədər soyumağa buraxın.
Soyuyunca kvadrat şəklində kəsin.
Soyuyan qatı şərbəti servis edəcəyiniz kasalarin üçdə biri dolduracaq şəkildə tökün.
Kvadrat şəklində kəsilmiş mühalləbi parçalarını da bu şərbətin içinə atın.
Şirniyyatı təzə nanə yarpaqları, fıstıq içi, qovrulmuş badam və küp doğranmış mövsüm meyvələri ilə dadlandırın.
Soyuq servis edin.

Nuş olsun!