- 6 dənə heyva,
- 150 q qiymə,
- 1\2 stəkan düyü,
- 4 yemək qaşığı kərə yağı,
- 2 yemək qaşığı tomat,
- 1 dənə soğan,
- 25-30 yarpaq nanə,
- 2 stəkan su,
- 1 ovuc doğranmış cəfəri,
- Duz,
- Istiot,
Hazırlanması:
- Heyvaların üstünü qapaq kimi kəsin.
- Içərisini diqqətlə oyun.
- Limonlu suda saxlayın.
- Dolma içini hazırlamaq üçün cəfərini, nanəni, soğanı incə doğrayın. Qiymə, düyü, duz,istiot ilə dolma xərci halına gələnə qədər yoğurun.
- Hayvaların içərisini bu ərzaqla doldurun, Qapaqlarını qapadın, qazana diqqətlə düzün.
- Başqa bir qazanda kərə yağını əridin, tomatı əlavə edib xəfifcə qovurun və 2 stəkan su əlavə edin.
- Bir az duz və istiot əlavə edib azca qaynadın.
- Qaynayan tomatlı suyu hayvaların üzərinə tökün və vam odda 1 saat bişirin.
Leave a Reply