Yazdırma Seçimləri:

Heyva Konservi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt40 dəq

Qaynatmadan hazırlanan heyva konservi

Lazım Olan Ərzaqlar
 4 ədəd iri heyva
 6 stəkan su
 1 stəkan şəkər
 bir az limon suyu
Hazırlanma Qaydası
1

✅ Heyvaları təmiz-təmiz yuyun.
✅ Suyunu silin.
✅ Heyvaların qabığını soymayın.
✅ Hazır heyvaları doğrayın.
✅ Doğradığınız zaman heyvanın çəkirdəklərini təmizləyin.
✅ Digər yanda isə iri bir qazanda suyu qoyun.
✅ Qazandakı suyun içinə limon suyunu, şəkəri əlavə edib qaynamağa qoyun.
✅ Suyu 10 dəqiqə qaynadın.
✅ 10 dəqiqə qaynadıqdan sonra heyvaları da suyun içinə atın.
✅ Heyvaları da bu suda 10-15 dəqiqəyə yaxın bişirin.
✅ Heyvalar qaynamağa davam edərkən isti su ilə çalxaladığınız bankalara bişmiş heyvaları suyu ilə birlikdə doldurun.
✅ Bankaların ağzını möhkəm bağlayıb düz bir yerdə hər hansı bir pambıq parçanın üzərinə tərs çevirin.
✅ Bankalar tamamən soyuduqdan sonra günəş görməyən bir yerdə saxlayın.

Nuş Olsun!