Yazdırma Seçimləri:

Hind qurabiyyəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti30 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt45 dəq

hind qurabiyəsi

Hind qurabiyyəsi üçün lazım olan ərzaqlar
 150 q kərə yağı
 1 ədəd yumurta
 150 q şəkər pudrası
 1 çay qayığı hil
 0,50 çay qayığı sarıkök
 250 q un
 0,50 çay qayığı qabartma tozu
 1 çimdik duz
 100 q mannı yarması
Hind qurabiyyəsinin hazırlanma qaydası
1

Bütün ərzaqların otaq temperaturunda olmasına çalışın.
Yumşalmış kərə yağına şəkər pudrası əlavə edib qarışdırın.
Sonra bu qarışıma manna yarmasını da əlavə edib qarışdırın.
Hazırladığınız qarışıma yumurtanı , ədviyyatı və duzu da əlavə edərək qarışdırın.
Qarışıma unla qabartma tozunu da əlavə edərək xəmir yoğurun.
Yumşaq, ələ yapışmayan bir xəmir alınmalıdır.
Xəmir hazır olduqdan sonra, yəni artıq ələ yapışmırsa deməli qurabiyyənin xəmiri hazırdır.
Hazır xəmirdən bir parça qoparıb kündələyin və azca yastılayın.
Xəmir bitənə qədər kündə tutun.
Soba listinə perqament kağızı sərib yastıladığınız kündələri üstünə düzün.
Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
180 dərəcə qızdırılmış sobada təxminən 15 dəqiqə bişirin.
Bişirdiyiniz qurabiyyələri soyuduqdan sonra servis edə bilərsiniz.

Nuş olsun!