Yazan1001 dadKateqoriyaÇətinlikÇətin
Verimlilik6 Porsiyon
Hazırlanma Müddəti50 dəqBişmə Vaxtı3 saat 20 dəqÜmumi Vaxt4 saat 10 dəq
Lazım olan ərzaqlar
Hinduşkanın hazırlanması qaydası
1

Hinduşkanın içalatını təmizləyin və boynunu kəsib ayırın.
Sonradan istifadə edəcəyiniz bulyonu hazırlamaq üçün kəsdiyiniz boyunu su ilə dolu orta ölçülü qazanda 1 saat vam odda qaynadın.
Bulyonu kənara qoyun (lazım olacaq).
Hinduşkanın dərisi üstündə qalsın, onun içini və çölünü axar su altında yuyun.
Daha sonra suyu süzülənədək qurulayın.
Hinduşkanın içini və çölünü duzlayın və istiotlayıb bir kənara qoyun.
Göyərtili yağ qarışığını hazırlamaq üçün orta ölçülü tavada orta istilikdə yağı bir az qızdırın.
Hazır olduqdan sonra dərin qaba və ya kasaya boşaldın, üstünə limon və portağal şirələrini, doğranmış göyərtiləri, sarımsağı və zövqə görə duzla istiotu da qatın.
Yaxşı qarışdırın.
Hinduşkanı döş hissəsinin üstündə olan dərini bir qədər qaldırın, ətdən aralansın amma qopmasın.
Dərinin altına göyərtili yağın yarısını əlinizlə yayın.
Hinduşkanın çölünə də qalan yağ qarışığını sürtün.
Daha sonra ya soyuducuya qoyub ertəsi günü ya da həmin gün içini doldurub bişirin.

İçliyin hazırlanma qaydası
2

Soğanları ya ət maşınından ya da mətbəx kombaynından keçirin.
Tənzifə doldurub, sıxın ki, suyu tamamən çıxsın.
Çəkilmiş qoz ləpələrini, narşərabı, duz və istiotu suyu sıxılmış soğana əlavə edin.
Qarışdırın, duzu və istiotu zövqə görə əlavə edin.
Narşərabın miqdarını artırmaq da olar

Ləvənginin hazırlanması
3

Hinduşkanı hazırladığınız içliklə doldurun və ayaqlarını mətbəx sapı ilə bağlayın.
Hinduşkanı telli formanın üstünə yerləşdirərək,
160 dərəcəlik sobada 3 saat yarım və ya 4 saat müddətində bişirin.
Bu müddət ərzində hər yarım saatdan bir hazırladığınız hinduşka bulyonundan (toyuq bulyonu da ola bilər) yarım stəkan hinduşkanın üzərinə gəzdirin.

Sosun hazırlanması
4

Sobadakı qabın dibinə yığılan hinduşka şirəsini bir qazana boşaldın.
Bu şirə azdırsa, hazırladığınız bulyondan da buraya əlavə edin ki, 4 stəkan alınsın.
Ayrıca bir tavada yağın üzərinə un əlavə edib qarışdırın.
Yağ qarışığını bulyona əlavə edin, 10 dəqiqə qatılaşanadək qarışdırın.
Çox qatı alınsa bir az da bulyon əlavə edə bilərsiniz.
Hinduşkanı bölüb iri bir qaba yerləşdirin.
Ləvəngisini isə ayrıca bir kəsada süfrəyə verə bilərsiniz.
Sousu da ayrıca sous qabına töküb süfrəyə qoyun.
Hinduşka üstünə sousdan bir az tökülərək yeyilir.
Sousun hazırlanması zəruri deyil.

Nuş olsun!

Ərzaqlar

Lazım olan ərzaqlar

Təlimatlar

Hinduşqa ləvəngisi