Yazdırma Seçimləri:

Holland Pendirli Cheese Steyk

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt30 dəq

steyk

Holland Pendirli Cheese Steyk Üçün Lazım Olan Ərzaqlar
 2 yemək qaşığı zeytun yağı
 2 ədəd yaşıl bibər (incə dilimlənmiş)
 1 ədəd baş soğan (böyük)
 duz
 700 q sümüksüz ət (incə doğranmış)
 üyüdülmüş istiot
 8 ədəd holland pendiri
 4 ədəd sandviç çörəyi (uzunsov doğranmış)
Holland Pendirli Cheese Steyk Üçün Ərzaqların Yığılması
1

✅ Holland Pendirli Cheese Steyk üçün istifadə edəcəyiniz soğanı bir kasaya alın.
✅ Steyk üçün lazım olacaq yaşıl bibərləri yuyub vir dəsmal üzərinə alın.
✅ Steyk üçün istifadə edəcəyiniz duzu, istiotu ayrı-ayrı kasaya yığın .
✅ İstifadə edəcəyiniz qədər holland pendirini bir kasaya qoyun.
✅ Steyk üçün istifadə edəcəyiniz əti yuyub təmizləyərək suyunu çəkmək üçün bir dəsmal üzərinə yığın.
✅ Çörəkləri də bir qaba yığın.

Holland Pendirli Cheese Steykin Hazırlanma Qaydası
2

steyk

✅ Orta temperaturda böyük bir tavada bir yemək qaşığı yağı isidin.
✅ Bibər və soğanı incə-incə doğrayıb tavaya qoyun.
✅ Üzərinə duz əlavə edib təqribən 15 dəqiqə tez – tez qarışdıraraq qızardın.
✅ Bişən soğan və bibərləri tavadan alın.
✅ Qalan bir yemək qaşığı yağı tavaya əlavə edin və doğranmış bifşteki istədiyiniz bişmə dərəcəsinə yaxın olana kimi təqribən 5 dəqiqə 5 dəqiqə bişirin.
✅ Duz və istiot vurun.
✅ Bişmiş soğan və bibərləri tavaya əlavə edin və qarışdırın.
✅ Holland pendirini dilimləyin və səbzəli bifşstekin üzərinə düzün.
✅ Tavanı örtün və təqribən 3 dəqiqə bişirin.

Holland Pendirli Cheese Steykin Servis Edilmə Qaydası
3

✅ Bişən ətləri sandviç çörəyinin arasına qoyun və süfrəyə təqdim edin.
✅ İstəyinizə görə steyki kartof qızartması və ayranla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!