Yazdırma Seçimləri:

Holland Pendirli Çörək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt25 dəq

Əslində bayat çörəklərinizi gözəl bir yeməyə çevirmək heç də çətin deyil.
Çox ərzağa ehtiyac duymadan asanlıqla hazıryaya biləcəyiniz bu yeməyi hamı sevəcək.

🍞Holland Pendirli Çörək Üçün Lazım Olan Ərzaqlar
 1 ədəd bütöv çörək
 1 dəstə cəfəri
 2 diş sarımsaq
 400 q holland pendiri
 1 yemək qaşığı kərə yağı
 1 yemək qaşığı zeytun yağı
🍞 Holland Pendirli Çörək Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz çörəyi bir mətbəx dəsmalının üzərinə alın.
✅ İstifadə edəcəyiniz zeytun yağını bir stəkana süzün.
✅ İstifadə edəcəyiniz kərə yağını kasaya alın.
✅ İstifadə edəcəyiniz sarımsaqların qabıqlarını soyub kasaya yığın.
✅ İstifadə edəcəyiniz cəfərini təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.

🍞Holland Pendirli Çörək Üçün Ərzaqların Hazırlanması
2

✅Bütün çörəyi eninə və uzununa bıçaqla dərinləməsinə kəsin.
✅Bayat çörək istifadə etsəniz sobada daha çox kövrək olacaqdır.
✅Kərə yağı və zeytun yağını əridin.
✅Sarımsaqları kiçik-kiçik parçalar halında doğrayın .
✅Cəfərini incə -incə doğrayın .
✅Holland pendirini incə- incə dilimləyin.

🍞Holland Pendirli Çörək Üçün Sosun Hazırlanma Qaydası
3

✅Sarımsaqları qızdırdığınız kərə yağı və zeytun yağı qarışığına qarışdırın.
✅Cəfərini incə -incə doğrayın və sarımsaqlarla bərabər bir neçə dəfə çevirin.

🍞Holland Pendirli Çörəyin Hazırlanma Qaydası
4

✅Çörəyin kəsilən hissələrinə əvvəlcə holland pendirlərini, daha sonra da sarımsaqlı cəfəri qarışımını əlavə edin.
✅Bütün kəsikləri pendir və sos ilə doldurun və çörəyi yağlı kağız sərdiyiniz soba siniusinə qoyun.

🍞Holland Pendirli Çörəyin Bişirilməsi
5

✅Sobanı əvvəlcə 180 dərəcə isidin.
✅ Hazırladığınız çörəyi sobaya alın.
✅15-20 dəqiqə , yəni, pendir tamamən əriyənə qədər bişirin.
✅İstəsəniz üzərinə cəfəri əlavə edərək dilimləyə bilərsiniz.

🍞Holland Pendirli Çörəyin Servis Edilməsi
6

Hazırladığınız Holland pendirli çörəyi isti-isti dilimləyərək çayla, ayranla birlikdə servis edə bilərsiniz.

Nuş Olsun!