Yazdırma Seçimləri:

Holland Pendirli İspanaqlı Hamburger

Verimlilik1 PorsiyaHazırlanma Müddəti35 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt1 saat 5 dəq

Hamburgerə olan sevgimizin bir çox səbəbi var. Hamburger dostlarla görüşən zaman rahat bir yeməyimiz idi. Yəni hamburger çətin günlərin qəhrəmanıdır.
Zaman keçdikcə bu yeməyə aludə olduq. Ən ləzzətli hamburgeri isə evdə hazırlamaqda gördük və gözəl bir resept hazırlayıb sizlərə çatdırdıq.

🍔Holland Pendirli İspanaqlı Hamburger Üçün Lazım Olan Ərzaqlar
 250 q Amerlander Tilsiter pendiri
 300 q toyuq qiymə
 1 dəstə ispanaq
 ½ dəstə cəfəri
 duz
 istiot
 1 ədəd çiçək çörək
 Klassik BBQ sos
🍔Holland Pendirli İspanaqlı Hamburgerin Üzəri Üçün
 sarımsaq
 duru yağ
🍔Holland Pendirli İspanaqlı Hamburger Üçün Ərzaqların Yığılması
1

✅ Əvvəlcə tərəvəzləri yuyun ki, suyunu çəksin.
✅ Əti yuyub təmizləyərək suyunu çəkməyə qoyun.
✅ Holland pendirini bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz istiotu, duzu ayrıca kasalara yığın.
✅ Sarımsaqları soyub bir kasaya yığın.
✅ Yağı bir kasaya süzün.
✅ İspanaqları təmizləyərək yuyun və bir mətbəx dəsmalının üzərinə yığın.

🍔Holland Pendirli İspanaqlı Hamburger Üçün Ərzaqların Hazırlanması
2

✅ Sonra çiçək çörəyi ortadan ikiyə ayırın.
✅ Pendiri rəndədən keçirdin.
✅ Sarımsaqları əzin.
✅ Cəfərini kiçik-kiçik doğrayın.
✅ Hazırladığınız ətdən qiymə hazırlayın.

🍔Holland Pendirli İspanaqlı Hamburger Üçün Küftənin Bişirilməsi
3

✅ qiyməyə istiot, duz, cəfəri vurub qarışdırın.
✅ Çalışın küftəni çox yoğurmayın ki,sulu və yumşaq olsun.
✅ Hamburger küftəsinə soğan və yumurta vurmayın.
✅ Tavaya yağı qoyub ocaqda qızdırın.
✅ Yağ qızdıqdan sonra toyuq qiyməsini tavaya əlavə edin.
✅ Tava ölçüsündə olaraq qiyməni yayın və hər iki üzünü də bişirin.
✅ Hamburger küftəsini çox da bərk bişirməyin.

🍔Holland Pendirli İspanaqlı Hamburger Hazırlanma Qaydası
4

✅ Bunlar sona çatdıqdan sonra burqeri hazırlamağa başlayın.
✅ Qiymə hazır olduqdan sonra çörəyin içərisinə bişmiş qiyməni üzərindən ispanaqları düzün.
✅ Sonra üzərinə sosu və rəndələdiyiniz pendiri əlavə edin.
✅ Bunlar başa çatdıqdan sonra çörəyin kəsilmiş hissəsi ilə üzərini örtün.
✅ Çörəyin üzərinə duru yağ və sarımsağı da sürtərək sobaya bişməyə verin.

🍔Holland Pendirli İspanaqlı Hamburgerin Servis Edilməsi
5

✅ Bişdikdən sonra sobadan çıxardaraq isti-isti servis edin.
✅ İstərsənizn içərisinə incə doğranmış soğan da əlavə edərək servis edə bilərsiniz.

Nuş Olsun!