Yazdırma Seçimləri:

Holland Pendirli Kartof Qızartması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı30 dəqÜmumi Vaxt40 dəq

İstər səhər yeməyində, istər naharda hazırlaya biləcəyiniz asan və dadlı bir ləzzəti təqdim edirik.

holland pendirli kartof qızartması

Holland Pendirli Kartof Qızartması Üçün Lazım Olan Ərzaqlar
 Holland pendiri
 1 ədəd Kartof
 3 ədəd Yumurta
 Yaşıl bibər
 Pomidor
 Göyərti
 Duz
 İstiot
Qızartmaq Üçün
 Duru yağ
👉 Holland Pendirli Kartof Qızartmasını Hazırlamaq Üçün Ərzaqların Hazırlanması
1

✅ Kartoflar yuyulur, soyulur, kub formasında doğranır .
✅ Göyərti kiçik- kiçik doğranır.
✅ Bibər halqavari formada doğranır.
✅ Holland pendiri sürtkəcdən keçirilir.

👉 Holland Pendirli Kartof Qızartmasının Bişirilməsi
2

✅ Yapışmayan tavaya duru yağ qoyulur və isidilir.
✅Çox yağ qoymağa ehtiyac yoxdur.
✅Çünki holland pendiri də yağlı olduğu üçün holland pendirli kartof qızartması çox yağlı olar o zaman.
✅ Yağ isinib “dağ” olduqdan sonra əvvəlcədən doğrayıb hazır qoyduğumuz kartoflar tavaya əlavə edilir.
✅ Kartoflar biraz qızardılır .
✅ Biraz bişdikdən sonra üzərinə bibərlər vurulur.
✅ Bibərin ardınca pomidor, ardınca da duz əlavə edilir və qarışdırılır.
✅ Kartoflar tam qızarıb bişdikdən sonra yumurtalar kartofun üzərinə vurulur.
✅ Bu zaman yumurtanın sarısının dağılmamasına diqqət etmək lazımdır.
✅ Yumurtalar vurulduqdan sonra üzərinə göyərti vurulur.
✅ Sürtkəcdən keçirdiyimiz holland pendiri üzərinə səpilir.
✅ Əzilmiş istiot səpilir.
✅ Qızartmanın üzəri bir qapaq vasitəsi ilə örtülür.
✅ Zövqə görə yumurtanın bişməsi gözlənir.
✅ Holland pendirli kartof qızartması hazırdır.

👉 QEYD!
3

✅ Holland pendirini sürtkəcdən keçirərkən çətinlik çəkə bilərsiniz.
✅Məsələn: pendir, sürtkəcə yapışır, yaxşı rəndələnmir və s.
✅Belə problemlərlə üzləşməmək üçün pendiri biraz soyuducuda gözlədin.
✅Pendir soyuducuda bərkiyib domacaq və işləmək daha rahat olacaq.
✅ Kartofları soyub doğradıqdan sonra qaralmaması üçün suda gözlətmək məqsədəuyğundur.
✅Bu zaman kartoflar qaralmaz.

Nuş Olsun!