Yazdırma Seçimləri:

Holland Pendirli Kartof Qızartması

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Saat neçə olsada kartof qızartması çox iştahla yeyilir. Xüsusi ilə də uşaqların çox sevdiyi bir yeməkdir. Sabah oyanar oyanmaz naharda kartof qızartmasını görmək bir çox adamın iştahını açır. Bir də bu qızartmanın yanına ketçap və mayonez də əlavə edildimi əsla yeməkdən vaz keçə bilməzsiniz.
Kartof qızartmasını çox az yağ ilə sobada bişirsəniz kalori miqdarını azaldıb daha sağlıqlı hala gətirə bilərsiniz.

Holland Pendirli Kartof Qızartması Üçün Lazım Olan Ərzaqlar
 200 q Tilsiter pendiri
 1 ədəd kartof
 1 ədəd bibər
 1 ədəd pomidor
 3 ədəd yumurta
 göyərti
 duru yağ
 duz
 istiot
Holland Pendirli Kartof Qızartması Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz kartofları yuyub soyaraq suya qoyun.
✅ Pomidor və bibərləri də yuyun.
✅ Bibərlərin içərisini təmizləyib dəsmalın üzərinə yığın.
✅ Duru yağı bir qaba süzün.
✅ İstifadə edəcəyiniz duzu və istiotu ayrıca kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub kasaya yığın.
✅ Lazım olacaq göyərtini təmizləyib yuyaraq bir mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz pendiri kasaya yığın.

Holland Pendirli Kartof Qızartması Üçün Ərzaqların Hazırlanması
2

✅ Soyub təmizlədiyiniz kartofu kubik şəklində doğrayıb kasaya yığın.
✅ Yuyub təmizlədiyiniz pomidor və bibərləri də kubik şəklində doğrayıb ayrı-ayrı kasalara yığın.
✅ Lazım olan yumurtaları bir kasaya sındırın.
✅ İstifadə edəcəyiniz göyərtini də doğrayıb kasaya yığın.
✅ Üzərinə vuracağınız holland pendirini rəndələyib kasaya yığın.

Holland Pendirli Kartof Qızartmasının Hazırlanma Qaydası
3

✅Ocağın altını yandırın.
✅Kartof bişirəcəyiniz tavanı ocağın üzərinə alın.
✅Bir tavaya duru yağı töküb qızdırın.
✅Yağ qızdıqdan sonra doğradığınız kartofları yağın içərisinə əlavə edin.
✅Kartoflar bişənə yaxın doğranan pomidoru, bibəri də əlavə etdikdən sonra ala bildiyi qədər duz vurub qarışdırın.
✅Sonra üzərinə sındırdığınız yumurtaları da dağıtmadan əlavə edin.
✅Yumurtaların üzərinə istiotu və doğradığınız göyərtini də əlavə edin.
✅Bunlardan sonra isə rəndələdiyiniz pendiri əlavə edin.
✅Pendir əridikdən sonra ocağın altını qapadın.

Holland Pendirli Kartof Qızartmasının Servis Edilmə Qaydası
4

✅ Ketçab və mayonezlə birlikdə isti-isti servis edin.

Nuş Olsun!