Yazdırma Seçimləri:

Holland Pendirli Omlet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı25 dəqÜmumi Vaxt40 dəq

Holland pendirli omlet

Lazım Olan Ərzaqlar
 3 ədəd yumurta
 1 ədəd yaşıl bibər
 2 ədəd pomidor
 holland pendiri
 pul bibər
 sossika
  sucuq
Hazırlanma Qaydası
1

✅ 1 dənə yaşıl bibəri təmizləyib doğrayaraq yağda azca qovurun.
✅ Pomidoru yuyub soyun.
✅ Soyduğunuz pomidorları kiçik -kiçik doğrayın.
✅ Yağda qovurduğunuz bibərlərin üzərinə kiçik-kiçik doğradığınız pomidorları əlavə edsib yumşalana qədər bişirin.
✅ Bişirdiyiniz bibər və pomidora azca duz əlavə edin.
✅ 3 dənə yumurtanı bir qabda qırın.
✅Üzəruinə duz əlavə edib yaxşıca çırpın.
✅ Omlet hazırlayacağınız tavaya bir az kərə yağı qoyub əridin və yumurtaları ərimiş yağın üzərinə tökün.
✅ Yumurtalar bir az bişdikdən sonra yarısına qədər olan hissəyə pomidorları yayın.
✅ Üzərinə holland pendiri dilimləri və pul bibər qoyub omletin boş qalan hissəsini üzərinə çevirin.
✅ Pendir əriyənə qədər ocaqda saxlayıb sonra ocaqdan alın.
✅ İsti halda servis edin.
✅ İstəyərsiniz üzərinə sossika və ya sucuq da bişirib qoya bilərsiniz.

Nuş Olsun!