Yazdırma Seçimləri:

Holland pendirli qiyməli pidə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt55 dəq

Xəmir üçün
 1 kq un
 5 q yaş maya
 400 q su
 10 q duz
İç üçün
 500 q az yağlı dana qiymə
 100 q bibər
 100 q soğan
 200 q pomidor
 5 q duz
 2 q qırmızı toz bibər
Üzəri üçün
 5 q kərə yağı
 Sürtkəcdən keçirilmiş holland pendiri
Xəmirin hazırlanması
1

Mayanı ilıq suda əridin.
Sonra un və suyu yavaş-yavaş əlavə edərək yumşaq bir xəmir əldə edin.
Hazır xəmirin üzərini bezlə örtərək 60 Dəqiqə mayalanmağa qoyun.

İçin hazırlanması
2

Bibər, uzunsov bibər, soğan və pomidoru kiçik-kiçik doğrayıb qiymənin içinə əlavə edərək qarışdirin.
Qarışımın içərisinə duru yağ, ədviyyat və duzu da əlavə edərək qarışdırıb soyuducuya qoyun.

Pidənin hazırlanması
3

Mayalanan xəmirdən iri parçalar ayıraraq əlinizlə düzəldərək orta qalınlıqda uzun xəmirlər açın.
Xəmirinizi incə açmayın, orta qalınlıqda açın.
Belə olanda daha dadlı olur.
Soba listinə yağlı kağız sərin və açdığınız xəmirin üzərinə hazırladığınız qiymə xərcindən yayıb mayalanması üçün 15 dəqiqə gözləyin.
250 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin.
Bişən pidənizin üzərinə kərə yağı və holland pendiri də qoyaraq yenidən sobaya verin.
Holland pendirlərinin üzəri qızarana qədər bişirib sobadan çıxardın və isti-isti servis edin.

Nuş olsun!