Yazdırma Seçimləri:

Holland Pendirli Qiyməli Pidə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti40 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt55 dəq

Qonaqlarınızın əsla inanmayacağı bir pidə resepti ilə sizlərin görüşünə gəldik. Xəmiri yaxşıca yoğrulmuş, ocaqda bişmiş kimi ləzzətli olan bu pidə tərifini çox sevəcəksiniz.
İçərisinə qiymə, holland pendiri, və yaxud da istədiyiniz ərzaqları qoya biləcəyiniz bir yemək reseptidir.
Tərifi bizdən bişirməsi isə sizlərdən olsun.

Holland Pendirli Qiyməli Pidə Üçün Lazım Olan Ərzaqlar
 1 stəkan ilıq süd
 1 stəkan ilıq su
 1 çay qayığı şəkər tozu
 1 çay qayığı duz
 1 paket maya
Holland Pendirli Qiyməli Pidənin İçi Üçün Lazım Olan Ərzaqlar
 500 q yağlı qiymə
 3 ədəd küp-küp doğranmış pomidor
 2 yemək qaşığı bibər tomatı
 2 yemək qaşığı pomidor tomatı
 1 stəkan zeytun yağı
 1 stəkan su
 duz
 istiot
 pul bibər
 4 ədəd kiçik doğranmış soğan
Holland Pendirli Qiyməli Pidənin Üzəri Üçün
 1 ədəd yumurtanın sarısı
 2 yemək qaşığı duru yağ
Holland Pendirli Qiyməli Pidə Üçün Ərzaqların Yığılıb Hazırlanması
1

İstifadə edəcəyiniz qiyməni kasaya yığın.
Lazım olacaq holland pendirini rəndələyib kasaya yığın.
İstifadə edəcəyiniz unu bir kasaya ələyin.
İstifadə edəcəyiniz şəkər tozu və mayanı ayrıca kasalara yığın.
Pomidoru yuyub incə-incə doğrayın.
Soğanları soyubincəcik doğrayıb kasaya yığın.
İstifadə edəcəyiniz yaşıl və qirmızı bibərləri təmizləyib incəcik doğrayıb kasaya yığın.

Xəmirin Hazırlanması
2

✅ Şəkəri, südü, mayanı qatışdıraraq qabarmasını gözləyin.
✅ Su və yağı da əlavə edin.
✅ Yavaş-yavaş unu əlavə edərək xəmir yoğurun.
✅ Çalışın xəmir çox da yumşaq olmasın.
✅ Maya onu yumşaldacaqdır.
✅ Xəmiri mayalanmaya qoyun.
✅ Yoğurduğunuz xəmirin üzərini bezlə örtərək 60 Dəqiqə mayalanmağa qoyun.
✅ Mayalanan xəmirdən eyni ölçüdə kündələr ayırın.
✅ Əvvəlcə əlinizlə genişlədin.
✅ Sonra vərdənəylə xəmiri eninə və uzununa aça bildiyiniz qədər açın.
✅ Vərdənənin və xəmirin alt hissəsini unlamağı unutmayın.

İçliyin Hazırlanması
3

✅ lk olaraq pidənin içini hazırlayın.
✅ Bunun üçün qiyməni dərin bir kasaya alın.
✅ Qiyməni qovurmağa başladığınız sırada quru soğanı incə- incə doğrayın.
✅ Pomidorun qabıqlarını soyaraq doğrayın.
✅ Yaşıl bibəri də ayırtladıqdan sonra kiçik-kiçik doğrayın.
✅ Üzərinə bibər, tomat və qırmızı bibər ilə duzu da əlavə edərək qarışdırın.
✅ Bütün ərzaqları qiyməyə qataraq qovurun.
✅ Bişincə bir kənara dincəlməyə alın.

Pidənin Hazırlanması
4

✅ Mayalanan xəmirdən iri parçalar ayırıb əlinizlə düzəldərək orta qalınlıqda uzun xəmirlər açın.
✅ Xəmiri incə açmayın, orta qalınlıqda açın.
✅ Belə olanda daha dadlı olur.
✅ Soba listinə yağlı kağız sərin və açdığınız xəmirin üzərinə hazırladığınız qiymə xərcindən yayıb 15 dəqiqə gözlədin.
✅ 250 dərəcə isidilmiş sobada üzəri qızarana qədər bişirin.
✅ Bişən pidənizin üzərinə kərə yağı və holland pendiri də qoyaraq yenidən sobaya verin.
✅ Qiymə xərcinin quru olduğunu düşünürsünüzsə bir az su əlavə edə bilərsiniz.
✅ Sobaya verməzdən əvvəl pidənin kənarlarına yumurta sarısı və zeytun yağını sürtərsiniz daha ləzzətli olacaqdır
✅ Holland pendirlərinin üzəri qızarana qədər bişirib sobadan çıxardın .

Holland Pendirli Qiyməli Pidənin Servis Edilmə Qaydası
5

holland pendirli və qiyməli pidə

Pidəni istəyinizə görə bəzəyərək soyuq ayranla vəmyaxud da soyuq içəcəklərlə birlikdə servis edə bilərsiniz. Pidəni isti-isti servis edin.

Nuş Olsun!
Qida Dəyərləri

Porsiya Miqdarı 4


Porsiya Başına Miqdar
Kalori 209