Yazdırma Seçimləri:

Holland Pendirli Toyuqlu Dürmək

Verimlilik1 PorsiyaHazırlanma Müddəti20 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt35 dəq

Bu zamana qədər hazırladığlnız bütün yemək təriflərini, yediyiniz toyuqları bir kənara buraxın. Biz bugün sizi bambaşqa ləzzətli bir təriflə tanışdıracağıq .Bol ədviyyatlı olan bu yeməyi sobadada yaxşıca bişirin. Toyuqlu dürməyin ətrindən, dadından doya bilməyəcəksiniz.

🌯Lazım Olan Ərzaqlar
 150 q Qouda pendiri
 1 ədəd toyuq file
 1 ədəd pomidor
 1 ədəd bibər
 duz
 istiot
 quru ədviyyatlar
🌯 Holland Pendirli Toyuqlu Dürmək Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz pomidor və bibərləri yuyub suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə yığın.
✅Yuduunuz bibərlərin toxumlarını təmizləyin.
✅ İstifadə edəcəyiniz holland pendirini də bir kasaya yığın.
✅ Lazım olacaq duzu kasaya yığın.
✅ Yeməyi dadlandırmaq üçün istifadə edəcəyiniz istiotu və ədviyyatı da ayrı-ayrı kasalara yığın.
✅ İstifadə edəcəyiniz toyuq fileni də təmizləyib yuyun.
✅ Yuduğunuz toyuq filesinin suyunu qurutmaq üçün mətbəx dəsmalının üzərinə yığın.
✅ İstifadə edəcəyiniz yağı bir kasaya yığın.

🌯 Holland Pendirli Toyuqlu Dürmək Üçün Ərzaqların Hazırlanması
2

✅ İstifadə edəcəyiniz pomidor və bibərləri uzunsov halda doğrayın.
✅ İstifadə edəcəyiniz toyuq filesini iti bir bıçaq yardımı ilə nazik şəkildə doğrayın.
✅ Filenin içərisinə qoyacağınız holland pendirini iri-iri doğrayın.

🌯 Holland Pendirli Toyuqlu Dürməyin Hazırlanması
3

✅File hazır olduqdan sonra əvvəlcə üzərinə duzu, sonra isə ədviyyatı, istiotu səpin.
✅Bu işləmi başa çatdırdıqdan sonra ərzaqları yerləşdirməyə başlayın.
✅Əvvəlcə pendiri, sonra pomidor və bibəri düzün.

🌯 Holland Pendirli Toyuqlu Dürməyin Bişirilməsi
4

✅Sobanı əvvəlcədən qızdırın.
✅Bükülən dürməyi alminium folqaya bükərək sobada bişməyə qoyun.
✅Bişdikdən sonra sobadan çıxardıb folqanı dürməyin üzərindən açın.

🌯 Holland Pendirli Toyuqlu Dürməyin Servis Edilməsi
5

İsti-isti servis edin.
Bol köpüklü ayrandan istifadə edərək servids edə bilərsiniz.

Nuş Olsun!