Yazdırma Seçimləri:

Holland Pendirli Vetçinalı Omlet

Verimlilik1 Porsiya

Pendirli vetçinalı omlet

Pendirli Vetçinalı Omlet Üçün Lazım Olan Ərzaqlar
 100 q Kərə yağ
 100 q Holland pendiri
 100 q Vetçina
 6 ədəd Yumurta
 3 ədəd Pomidor
 0,50 dəstə Keşniş
 2 ədəd Bibər
 Duz
 İstiot
Holland Pendirli Vetçinalı Omlet Üçün Ərzaqların Yığılması
1

✅İstifadə olunacaq bibər və pomidorları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅İstifadə ediləcək göyərtiləri təmizləyib yuyaraq mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olan qədər kərə yağını kasaya yığın.
✅İstifadə edəcəyiniz vetçinaları kasaya yığın.
✅İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅Lazım olacaq holland pendirini kasaya yığın.
✅İstifadə olunacaq duz və istiotu kasalara yığın.

Holland Pendirli Vetçinalı Omletin Ərzaqlarının Hazırlanması
2

✅ Bibər və pomidoru fol-fol doğrayın.
✅ Suyu çəkilən keşnişi kiçik-kiçik doğrayın.
✅ Duzsus kərə yağı tavata əridin.
✅ Bu yağın içərisində vetçina dilimlərini bir az qızardın.
✅Holland pendirini rəndələyin.
✅Yumurtanın ağı və sarısını ayırın.

Holland Pendirli Vetçinalı Omletin Bişirilməsi
3

✅ Vetçina dilimləri bir az qızardıqdan sonra dilimlərin üzərinə əvvəlcədən hazırladığınız pomidor və bibər dilimlərini səliqə ilə düzün.
✅ Pomidor və bibər də bir az bişdikdən sonra üzərinə yumurta əlavə edin.
✅Yumurtanın ağı ilə sarısını qarışdırmamağa çalışın.
✅ Duz, istiot vurun.
✅ Holland pendirli vetçinalı omletin yumurtaları bişənə yaxın üzərinə sürtkəcdən keçirilmiş holland pendiri səpin.
✅ Tavanın qapağını örtün.
✅Holland pendiri tamamən əriyənə qədər holland pendirli vetçinalı omleti vam odda bişirin.

Holland Pendirli Vetçinalı Omletin Servis Edilməsi
4

Holland Pendirli vetçina sabah qəhvəaltılarının çox sevilən bir yeməyidir.
Bu omleti həm uşaqlar, həm də böyüklər sevərək istifadə edirlər.

Nuş Olsun!