Yazdırma Seçimləri:

Hörrə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt20 dəq

Hörrə

Lazım olan ərzaqlar
 2,50 yemək qaşığı kərəyağı
 3 yemək qaşığı un
 5 stəkan su
 1 çay qayığı tomat
 duz
 istiot
Hazırlanma qaydası
1

Ilk olaraq geniş bir qazana 2 qaşıq kərə yağı və üç yemək qaşığı un əlavə edib davamlı qarışdırıb qovurun.
Rəngi qızaranda yavaş-yavaş su əlavə edin.
Üzərinə bir az duz və istiot əlavə edərək ləzzətləndirin.
Davamlı taxta qaşıqla qarışdırıb bişirin.
Başqa bir tavada isə yarım qaşıq kərə yağı ilə birlikdə tomatı qovurun.
Daha sonra hazırladığınız bu qarışığı gözəl görünən şorbanızın hər yerinə yayılacaq şəkildə gəzdirin.
Isti halda servis edə bilərsiniz.

Nuş olsun!