Yazdırma Seçimləri:

İçli küftə

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt35 dəq

Lazım olan ərzaqlar
 1 stəkan incə bulğur
 2 yemək qaşığı mannı
 1 ədəd yumurta
 150 q qiymə
 1 yemək qaşığı bibər tomatı
 1 yemək qaşığı un
 isti su
 duru yağ
İçli köftə üçün lazım olan ədviyyatlar
 duz
 istiot
 cirə
 pul bibər
Hazırlanma qaydası
1

Incə bulğuru bir kasaya alın.
Üzərinə 2 stəkan isti su əlavə edərək isladın.
Ağzını örtüb yumşalmasını gözləyin.
Islanıb şişən bulğurların üzərinə unu, mannını, bibər tomatını, ədviyyatları əlavə edin.
Lazım olarsa bir az yenə su əlavə edərək yoğurmaq olar.
Hazır olan ərzaqdan qoz böyüklüyündə ovcumuzun içinə alıb barmaq ucuyla açın.
Digər tərəfdə isə qiyməni bişirin.
Içərisinə ədviyyat qatıb qovrulan qiyməni hazırladığınız küftələrin içərisinə barmaq ucuyla doldurub ucunu örtün.
Hazırladığımız içli küftələri qaynamaqda olan suda yumşalana qədər bişirin.
Bişirdiyimiz küftələri qızğın yağda qızardın.
İçli küftəniz hazır, servis edə bilərsiniz.

Nuş olsun!