Yazdırma Seçimləri:

İçli pişi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti15 dəqBişmə Vaxtı10 dəqÜmumi Vaxt25 dəq

içli bişi

Lazım olan ərzaqlar
 8 stəkan un
 2 paket qabartma tozu
 2 ədəd yumurta
 3 stəkan qatıq
 duz
İçlik üçün
 300 q lor pendiri
 3 yemək qaşığı çörək otu
 1 dəstə cəfəri
 12 ədəd pomidor
Qızartmaq üçün
 duru yağ
Hazırlanma qaydası
1

Xəmir üçün bütün ərzaqları bir qaba alıb qarışdırın.
Əldə edilən xəmiri yarım saat dincə qoyun.
Sonra xəmiri 4 hissəyə bölün.
Pomidorları halqa şəklində dilimləyin.
Lor pendiri, çörək otu və doğranmış cəfərini qarışdırıb iç xərcini hazırlayın.
Kündələri oxlav ilə açın.
Dilimlənmiş olan pomidorları xəmirin üzərinə yerləşdirin.
Pomidorların üzərinə lor qarışığından qoyun.
Açılan ikinci xəmirlə iç malzəməsi yerləşmiş olan xəmirin üzərini örtün.
Eynı işləri diğər 2 xəmirə də tətbiq edin.
Stəkanın köməyi ilə kəsib qızğın yağda qızardın.

Nuş olsun!