Yazdırma Seçimləri:

İki pendirli omlet

Verimlilik1 PorsiyaHazırlanma Müddəti10 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt30 dəq

Qəhvəaltıda vaz keçə bilməyəcəyiniz omleti evdə olan ərzaqlarla rahatca hazırlaya bilərsiniz. Günə ailənizlə birlikdə gözəl bir şəkildə başlamaq üçün omlet bişirmək çox gözəl olar.
Həm pratik , həm çox ləzzətli qəhvəaltıda əsla yemirəm deyə bilməyəcəyiniz omleti bir də şüyüdlə hazırlamaq lap yerinə düşər. O zaman sağlamllıq üçün faydalı olan bir qəhvəaltı yeməyi ortaya çıxacaqdır. Hər birinizin qəhvəaltıda sevərək yeyə biləcəyi bir şüyüdlü omlet reseptini sizlərə təqdim edəcəyik.

iki pendirli omlet

🥚İki Pendirli Omlet Üçün Lazım Olan Ərzaqlar
 2 ədəd yumurta
 2 yemək qaşığı süd
 2 ədəd şüyüd
 1,50 yemək qaşığı rəndələnmiş ağ pendir
 duz
 istiot
 kərə yağı
🥚İki Pendirli Omlet Üzəri Üçün
 2 yemək qaşığı sürtkəcdən keçirilmiş holland pendiri
🥚İki Pendirli Omlet Üçün Ərzaqların Yığılması
1

✅ Omlet üçün istifadə edəcəyiniz holland pendirini rəndələyib bir kasaya alın.
✅İstifadə edəcəyiniz pendiri rəndələyib kasaya yığın.
✅ İstifadə edəcəyiniz yumurtanı yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Hazırladığınız yumurtanı bir çırpma qabına sındırın.
✅ Lazım ola biləcək qədər südü kiçik stəkana süzün.
✅ Omletə qatmaq üçün istifadə edəcəyiniz şüyüdü təmizləyib yuyuaraq mətbəx dəsmalının üzərinə yığın.
✅ Şüyüd suyunu çəkdikdən sonra kiçik-kiçik doğrayın.
✅ Kərə yağını bir kasaya yığın.
✅ Duzu və istiotu ayrı-ayrı kasalara yığın.

🥚İki Pendirli Omletin Hazırlanma Qaydası
2

✅ Yumurtaları bir kasada çırpın.
✅ Üzərinə süd, doğranmış şüyüd, ağ pendir ,duz və istiotu da əlavə edərək yaxşıca qarışdırın.

🥚İki Pendirli Omletin Bişirilməsi
3

✅ Qalın altlıqlı bir tavada kərə yağını əridin.
✅ Çalışın kərə yağı yanmasın.
✅ Hazırladığınız qarışımı tavaya boşaldın və tavanı sağa sola hərəkət etdirərək bərabər şəkildə yayın.
✅ Yumurta sərtləşməyə başlayınca tavanın sapından tutaraq silkələyin.
✅ Bir üzü bişən omletinizi qapaq və ya tabaq yardımıyla çevirin,diğər üzüdə eyni dərəcədə bişirdikdən sonra isti olan üzü üstə qalacaq şəkildə təkrar çevirin.
✅ İsti omletin üzərinə rəndələnmiş holland pendirini yayın.
✅ Omletinizi zədələmədən diqqətlicə rulon halına gətirin.

🥚İki Pendirli Omletin Servis Edilməsi
4

Arzu etdiyiniz kimi bəzəyərək isti halda servis edin.

Nuş Olsun!