Yazdırma Seçimləri:

İnnab mürəbbəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti5 dəqBişmə Vaxtı15 dəqÜmumi Vaxt20 dəq

innab mürəbbəsi

Lazım olan ərzaqlar
 25 ədəd innab
 1 stəkan şəkər tozu
 1 çay qayığı limon suyu
 1 stəkan su
Hazırlanma qaydası
1

İnnabları yaxşıca yuyun.
Alma dilimi kimi dilimləyin.
İstəsəniz qabıqlarını da soya bilərsiniz.
Meyvələr kiçik olduğu üçün soyma işi bir az əziyyətli ola bilər.
Qazanin içinə innabları,şəkəri və suyu qoyun.
Qatılaşana qədər qaynadın.
Endirməyə yaxın limon suyunu əlavə edin.
İsti-isti bankalara doldurun.
Soyuduqdan sonra bankanın qapağını bağlayın.
Çox xoş ətri və iyi olan bir mürəbbə olur.

Nuş olsun!