Yazdırma Seçimləri:

İrəvan kətəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti50 dəqBişmə Vaxtı20 dəqÜmumi Vaxt1 saat 10 dəq

İrəvan kətəsi

Xəmiri üçün lazım olan ərzaqlar
 1,50 kq un
 800 q yağ
 800 q qatıq
 1 çimdik soda
İçi üçün
 200 q yağ
 1 stəkan un
 1 kq şəkər tozu
Hazırlanma qaydası
1

İrəvan kətəsi

1.5 kq unu 800 qr yağla ovun.
İçinə 1 tomat bankası qatıq və bir azca da soda əlavə edib xəmir yoğrun.
İçini hazırlamaq üçün:
200qr yag, 1stəkan un, 1kq şəkər tozunu qatıb ovxalayaraq içlik hazırlayın.
Yoğurduğunuz xəmiri 4 kündəyə ayırın.
Kündənin hər birini unsuz uzun şəkildə yayın.
Eni 20 sm olmaq şərtiylə, yaydığınız yuxanın arasına düzəltdiyiniz için 1/4-ni töküb xəmirin üzərinə yayıb oxlova bükün.
Sonra oxlovdan çıxarıb fiqurlu bıçaqla kəsin.
Üstünü yumurtalayıb 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!