Yazdırma Seçimləri:

İrəvan Kətəsi

Verimlilik1 PorsiyaHazırlanma Müddəti2 saatBişmə Vaxtı20 dəqÜmumi Vaxt2 saat 20 dəq

İrəvan kətəsi Azərbaycanın Milli mətbəxinə məxsus olan bir şirniyyat növüdür. Bu kətə bayram süfrələrinin bəzəyidir. Kətənin ləzzətindən , ətrindən doymaq olmur.

irəvan kətəsi

İrəvan Kətəsinin Xəmiri Üçün
 4 stəkan un
 2 ədəd yumurta
 0,50 stəkan qatıq
 250 q kərə yağ
 1 paket vanil
 1 çay qayığı sirkə
 1 çay qayığı soda
 1 çimdik duz
İrəvan Kətəsinin İçiliyi Üçün
 1 stəkan un
 0,50 stəkan şəkər tozu
 100 q kərə yağ
 1 paket vanil
İrəvan Kətəsinin Üzəri Üçün
 1 ədəd yumurta sarısı
İrəvan Kətəsi Üçün Ərzaqların Yığılması
1

✅ İstifadə edəcəyiniz unu bir qaba ələyin.
✅ Lazım olacaq kərə yağını bir kasaya alın.
✅ Kətə üçün istifadə edəcəyiniz sirkəni kiçik stəkana alın.
✅ Kətəyə qatacağınız qabartma tozunu bir kasaya qoyun.
✅ İstifadə edəcəyiniz yumurtaları yuyub mətbəx dəsmalının üzərinə yığın.
✅ Kətə üçün lazım ola biləcək qədər qatığı bir kasaya yığın.
✅ Şəkər tozunu bir kasaya yığın.
✅ İstifadə edəcəyiniz vanilini kiçik kasaya qoyun.

İrəvan Kətəsi Xəmirinin Hazırlanması
2

irəvan kətəsi

✅ Xəmir hazırlanacaq yerə biraz un qoyun.
✅ Bu unun üzərinə otaq temperaturunda yumşaldılmış kərə yağını qoyun.
✅ Kərə yağın üzərinə unun qalan hissəsi ələkdən keçirərək əlavə edin (unun ələkdən keçirilməsi həm içərisində yad cisim olmaması üçün, həm də unun havalanıb xəmirin daha yaxşı alınması üçün vacibdir).
✅ Unu yağla birlikdə ovun.
✅ Ovduğunuz unun ortasını açın və buraya bir yumurta, ikinci yumurtanın ağını və qatığı qatıaraq qarışdırın.
✅ Xəmiri yoğurun.
✅ Vanil vurun.
✅ Sirkə ilə qabartma tozunu qarışdırın və onları da xəmirə əlavə edib yoğurun.
✅ Xəmir hazır olduqdan sonra kündələrə bölün və dondurucuda 1 saat gözlədin.

İrəvan Kətəsi İçliyinin Hazırlanması
3

✅ Otaq temperaturunda yumşalmış kərə yağının üzərinə şəkər tozu əlavə edib əllə qarışdırın.
✅ Unu ələyərək şəkərli yağın üzərinə əlavə edin.
✅ Qarışdıraraq umac hazırlayın.

Kətənin Hazırlanması
4

irəvan kətəsi

✅ Soyuducuda gözlədilən kündələri çıxardın.
✅ Xəmirin yapışmaması üçün masanın üzərinə un səpin.
✅ Oxlov vasitəsi ilə xəmirdən yuxa yayın.
✅ Yuxanın üzərinə hazırlanan içlikdən səpərək oxlova sarıyın.
✅ Sonra oxlovu yuxanın içərisindən ehtiyatla çəkərək çıxardın.
✅ Xüsusi bıçaq vasitəsi ilə doğrayın.
✅ Üzərinə yumurta sarısı sürtün.

Kətənin Bişirilməsi
5

✅ Sobanı əvvəlcədən 180 dərəcəyə yaxın qızdırın.
✅ Soba sinisinə yağlı kağız sərərək kətələri üzərinə düzün.
✅ 180 dərəcə qızdırılmış sobada kətələrin üzəri qızarana kimi bişirin.

Kətənin Servis Edilməsi
6

✅ Kətə bişdikdən sonra sobadan çıxardın.
✅Bir az soyumasını gözləyin.
✅Soyuyan İrəvan kətəsini çayla birlikdə servis edin.

Nuş Olsun!